Azerbaijan State Academy of Physical Education and Sport

Təhsil Tələbə krediti əldə edə bilərəmmi?

Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Təhsil Tələbə Krediti Fondu” yaradılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 nömrəli Qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” təsdiq edilmişdir.

Təhsil Tələbə Kreditinin (TTK) ayrılmasında məqsəd təhsilin hamı üçün, xüsusi ilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir.

TTK-nın sosialstandart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə bilərlər və onlara kreditlər güzəştli şərtlərlə verilir.  Standart təhsil tələbə kreditindən isə ödənişli əsaslarla təhsil alan bütün tələbələr istifadə edə bilərlər.

Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur.

Bildiririk ki, artıq 2021/2022-ci tədris ilində Təhsil Tələbə Krediti üçün müraciətlər həyata keçirilmişdir.

15.07.2022-ci il tarixindən 2022/2023 tədris ilinin payız semestri üçün təhsil tələbə kreditlərinə müraciətlərin qəbulu başlanılıb. (146-5,  077 317 88 53, info@ttkf.edu.az, www.e-ttkf.edu.az)

Qeydiyyat prosesi e-ttkf.edu.az portalı vasitəsilə həyata keçiriləcəkdir. Portaldan istifadə üçün “Təlimat” və “Sual-cavab” bölməsi sizlərə göndərilir.

Daha ətraflı: www.e-ttkf.edu.az