Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Haqqımızda (old version)

Biz sizə bir ixtisasdan artığını təklif edirik!

Respublikamızda idmanla bağlı yeniliklər və inkişaf ilbəil daha da sürətlənir. Ölkəmizdə  ilk dəfə “Bakı 2015 Avropa oyunları”, “Formula 1 Avropa Qran Pri” yarışı və “IV İslam Həmrəyliyi Oyunları” kimi idman üçün böyük əhəmiyyətli tədbirlər keçirilib və keçirilməkdə dəvam edir. Belə bir şəraitdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycanda yeganə ali təhsil ocağıdır ki, beynəlxalq saviyyədə idman yarışlarında qalib gələn idmançılar, peşəkar fiziki tərbiyə müəllimləri, birincilik ruhu yaradan məşqçilər, uğurlu idman menecerləri və aparıcı reabilitasiya mütəxəssisləri yetişdirir.

Akademiyanın komandası beynəlxalq  standartlara cavab vermək və dünyada baş verən yeniliklərə çatmaq üçün pillə-pillə, özünə inamlı və qəti addımlarla irələləyir. Biz hər gün dünənkindən daha güclüyük və gücümüzü bütün dünyaya göstərmək üçün əlimizdən gələni etməyə hazırıq.

Sizi də bizə qoşulmağa, yaradılan bütün imkanlardan yararlanmağa və uğurlu gələcəyinizi bizimlə bərabər qurmağa dəvət edirik!