Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İgidlər

Səmədov Fərhad Elçin oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2015-ci il məzunudur. İkinci Vətən Müharibəsində iştirak edən fəxrimiz “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Bağışov Araz Mehman oğlu

“Bədən Tərbiyəsi və idman (boks)” ixtisası üzrə II kurs 159A21 qrup tələbəsidir. İkinci Vətən Müharibəsində iştirak etmişdir. Birinci dəfə 25 noyabr Füzuli rayonunda üz nahiyəsindən, ikinci dəfə 8 noyabr Şuşa  şəhərinin azad edilməsi uğrunda  gedən döyüşlərdə ayağından yaralandığı üçün Qazax hospitalında müalicə alıb. Qürurumuz Araz Bağışov “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

 

  Abbasov İlkin Rasim oğlu

 2020-ci ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirib. İlkin Abbasov İkinci Vətən Müharibəsində Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

 Abdullayev Kənan Məzahir oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2019-cu il məzunudur. İkinci Vətən Müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Qəhrəmanımız Kənan Abdullayev “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

 

 Abduyev Siruz Qəbul oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə I kurs M1130A1 qrup magistrantıdı. İkinci Vətən Müharibəsində Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Ağalarov Kamran Nazir oğlu

“Məşqçi” ixtisası üzrə 2020-ci il məzunudur. İkinci Vətən Müharibəsində Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Ağasıyev Taryel Bəxtiyar oğlu

“Məşqçi” ixtisası üzrə 2018-ci il məzunudur. İkinci Vətən Müharibəsində Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Ağazadə Surac Vaqif oğlu

“Məşqçi” ixtisası üzrə Q119A5 qrup tələbəsidir. İkinci Vətən Müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib. Fəxrimiz Surac Ağazadə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Rüstəmzadə Anar Elşad oğlu

"Bədən tərbiyəsi və idman" ixtisası üzrə 2019-cu il KSİN-16-4 qrup məzunudur. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. 

 

Əliyev Asif Şahid oğlu

“Məşqçi (Cüdo)” ixtisası üzrə tələbəmiz olan Asif Əliyev İkinci Vətən Müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Bayramov İlknur Rövşən oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2020-ci il məzunudur. İkinci Vətən Müharibəsində Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Əhmədov Seymur Mahir oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2020-ci il məzunudur. İgidimiz İkinci Vətən Müharibəsində Füzuli və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Qürurumuz Seymur Əhmədov “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Əkbərov Elnur İmamverdi oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə V kurs KSİNQ-16.1 qrup tələbəsidir. İkinci Vətən Müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Qazimiz Elnur Əkbərov Füzuli istiqamətində gedən döyüşlərdə qolunu itirib və ayağından yaralanıb. O, “Füzulinin azad olunmasına görə”  medalı ilə təltif olunub.

 

Cəfərov Əli Natiq oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə I kurs M1120A1 qrup magistrantıdır.  İkinci Vətən Müharibəsində ön cəbhədə könüllü olaraq döyüşüb, hal-hazırda Laçındadır. “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

 

Əliyev Abbas Usub oğlu

“Bədən tərbiyəsi və idman (yunan-roma güləşi)” ixtisası üzrə 2019-cu il məzunudur. İkinci Vətən Müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. Qəhrəmanımız Abbas Əliyev “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Əlizadə Müqəddəs Nəriman oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2020-ci il məzunudur. İkinci Vətən Müharibəsində Füzuli, Cəbrayıl, Hadrut, Şuşa və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb.  Hazırda hərbi xidmətini davam etdirir.

 

Əzimov Ömər Həsən oğlu

“Bədən tərbiyəsi və idman (Atletika)” ixtisası üzrə 2017-ci il məzunudur. İkinci Vətən Müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Fərəcov Orxan Firud oğlu

“Məşqçi” ixtisası üzrə II kurs 119A3 qrup tələbəsidir. İkinci Vətən Müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib.  İgidimiz Orxan Fərəcov “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

 

Hacıyev Məhəmməd Eynulla oğlu

“Məşqçi (Cüdo)” ixtisası üzrə məzunudur. İkinci Vətən Müharibəsində Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətində gedən döyüşlərdə könüllü iştirak edib. Qürurumuz Məhəmməd Hacıyev “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.

 

Həmidov Əlahəddin Sədəddin oğlu

Həmidov Əlahəddin “Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2020-ci il məzunudur. İkinci Vətən Müharibəsində Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Həsənov Fərid Fizuli oğlu

“Məşqçi (Sərbəst güləş)” ixtisası üzrə 2017-ci il məzunudur. İkinci Vətən Müharibəsində Cəbrayıl, Füzuli və Xocəvənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Fəxrimiz Fərid Həsənov 2018-ci ildən 127 №-li tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi pedaqoji fəaliyyətə başlamış, hazırda sözügedən məktəbdə fəaliyyətini davam etdirir. İgidimiz Fərid Həsənov "Cəbrayılın azad olunmasına görə" və “ Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Həsənov Tağı Yusif oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2016-cı il məzunudur. İkinci Vətən Müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Xocavənd rayonu uğrunda gedən döyüşlərdə qolundan qəlpə yarası alıb, hazırda Laçın rayonunda xidmətini davam etdirir.

 

Həsənzadə Kamran Sərdar oğlu

“Bədən tərbiyəsi və idman (Atıcılıq)” ixtisası üzrə 2020-ci il məzunudur. İkinci Vətən Müharibəsində Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Qəhrəmanımız Kamran Həsənzadə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.

 

İbrahimov Elvin Azər oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2014-cü il məzunudur. İkinci Vətən Müharibəsində Suqovuşan və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Fəxrimiz Elvin İbrahimov “Ağdamın azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 

 

İlyasov İlkin Möhsüm oğlu

"Məşqçi" ixtisasının 2018-ci il məzunudur. Sambo idman növü üzrə gənclər arasında Beynəlxalq yarışların qalibidir. Füzuli, Cəbrayıl, Şuşa və Laçın rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. 

 

İsalı Xəyal Füzuli oğlu

“Məşqçi” ixtisası üzrə İTN-16-01 qrup tələbəsidir. İkinci Vətən Müharibəsində Şuşa, Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Kalayev Asxab Ramzanoviç

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2020-ci il məzunudur. İkinci Vətən Müharibəsində Ağdərə, Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə iştirak edib.

İgidimiz Asxab Kalayev “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

 

Mahmudov Sabir Zaur oğlu

2015-ci il məzunudur. İdman Akademiyasını qırmızı diplomla bitirib. İkinci Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Məhərrəmov Orxan Əlövsət oğlu

“Məşqçi (Boks)” ixtisası üzrə 2020-ci il məzunudur. İkinci Vətən Müharibəsində Cəbrayıl, Laçın, Qubadlı və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Qürurumuz Orxan Məhərrəmov "Cəbrayılın azad olunmasına görə", ”Qubadlının azad olunmasına görə” və ”Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Hazırda hərbi xidmətini davam etdirir.

 

Məmmədli Məmməd Dilqəm oğlu

“Bədən tərbiyəsi və idman” ixtisasının 2020-ci il məzunudur. İkinci Vətən Müharibəsində Murov və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Məmmədov İlyas İmran oğlu

Məmmədov İlyas “Məşqçi” ixtisası üzrə Q119A5 qrup tələbəsidir. İkinci Vətən Müharibəsində Qubadlı, Şuşa və Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Mirzəzadə Emin Cavanşir oğlu

"Bədən tərbiyəsi və idman" ixtisası üzrə III kurs 158A2 qrup tələbəsidir. İkinci Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Xankəndi və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. 

 

Muradov Əli İsmayıl oğlu

“Bədən tərbiyəsi və idman (Karate)” ixtisası üzrə 2019-cu il məzunudur. İkinci Vətən Müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. Qürurumuz Əli Muradov “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 Musayev Anar Cavid oğlu

“Məşqçi (Atletika)” ixtisası üzrə 2017-ci il məzunudur. İkinci Vətən Müharibəsində Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.

 

 Mustafayev Samir Vidadi oğlu

“Məşqçi (Atıcılıq)” ixtisası üzrə Q110A3 qrup tələbəsidir. İkinci Vətən Müharibəsində Qubadlı, Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdə könüllü iştirak edib.

 

Nəsirov İkram Güləddin oğlu

“İdman menecmenti” ingilis dilli magistr proqramının tələbəsidir. İkinci Vətən Müharibəsində Füzulidən Şuşa istiqamətinə qədər gedən döyüşlərdə iştirak edib.

 

Orucov Anar Zakir oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2020-ci il məzunudur. İkinci Vətən müharibəsində Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib. Fəxrimiz Anar Orucov “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə”  medalları ilə təltif olunub. 

 

Qasımlı Azər Yusif oğlu

“Məşqçi” ixtisası üzrə 2019-cu il məzunudur. İkinci Vətən Müharibəsinə könüllü yollanaraq Füzuli və Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. 

 

Qəfərli Fəxri Etibar oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2020-ci il məzunudur. İkinci Vətən Müharibəsində Füzuli, Cəbrayıl və Xocavənd istiqamədində gedən döyüşlərdə iştirak edib.

 

Qəhrəmanlı İbrahim Fəxrəddin oğlu

“Məşqçi” ixtisası üzrə Q117R1 qrup tələbəsidir. İkinci Vətən Müharibəsində Cəbrayıl, Qubadlı və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Qürurumuz İbrahim Qəhrəmanlı “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”  medalları ilə təltif olunub.

 

 Qəmbərli Əli Nizami oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2020-ci il məzunudur. İkinci Vətən Müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı, Laçın və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. İgidimiz Əli Qəmbərli “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Qibləliyev Siyavuş Ceyhun oğlu

“Məşqçi (Cüdo)” ixtisası üzrə 2020-ci il məzunudur. İkinci Vətən Müharibəsində Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Fəxrimiz Siyavuş Qibləliyev "Cəbrayılın azad olunmasına görə" və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Quliyev İmamverdi Dayandur oğlu

“Məşqçi (Cüdo)” ixtisası üzrə 2019-cu il məzunudur. İkinci Vətən Müharibəsində Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. 

 

Quliyev Oqtay Elşən oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2019-cu il məzunudur. İkinci Vətən Müharibəsində Cəbrayıl, Xocavənd və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. İgidimiz Oqtay Quliyev "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Quliyev Orxan Cavanşir oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2020-ci il məzunudur. İkinci Vətən Müharibəsində Füzuli, Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Fəxrimiz Orxan Quliyev “Cəsur döyüşçü”,“Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Rəhimli Ruslan Sahib oğlu

“Məşqçi (İdman Turizmi)” ixtisası üzrə III kurs Q118A2 qrup tələbəsidir. İkinci Vətən Müharibəsində Füzuli və Xocəvənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Qürur hissi ilə qeyd etmək istərdik ki, Ruslan Rəhimli 10 dekabr 2020-ci il tarixində keçirilmiş “Zəfər Paradı”-nın iştirakçısı olub.

 

Rüstəmzadə Anar Eldar oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2020-ci il məzunudur. İkinci Vətən Müharibəsində Murovdağ, Cəbrayıl və Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İgidimiz Anar Rüstəmzadə “Cəbrayılın Azad olunmasina görə “ və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Süleymanlı Murad Aslan oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə I kurs magistrantıdır. İkinci Vətən Müharibəsində Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Süleymanov Rəşad Dilqəm oğlu

“Bədən tərbiyəsi və idman (İdman turizmi)” ixtisası üzrə 2019-cu il məzunudur. İkinci Vətən Müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. İgidimiz Rəşad Süleymanov “Cəbrayılın Azad olunmasina görə “, “Qubadlının azad olunmasına görə “  və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

 

Cabbarov Rauf Dayandur oğlu

"Məşqçi (Atletika)" ixtisası üzrə 118A13 qrup tələbəsidir. İkinci Vətən Müharibəsində Suqovuşan və Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib.  Qəhrəmanımız Rauf Cabbarov “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

 

Cəfərli Əliabbas Ruslan oğlu

"Məşqçi (İdman turizmi)” ixtisası üzrə 119A11 qrup tələbəsidir. İkinci Vətən Müharibəsində Füzuli, Xocavend, Hadrut, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Eminli Elvin Şövqi oğlu

“Məşqçi (boks)” ixtisası üzrə 119A25 qrup tələbəsidir. İkinci Vətən Müharibəsində Füzuli, Xocavend istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.

 

Nəsibli Azər Məhəmmədəli oğlu

“Məşqçi (Yunan-roma güləşi)” ixtisası üzrə III kurs 118A26 qrup tələbəsidir. İkinci Vətən Müharibəsində Füzuli, Xocavend istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Hal-hazırda Şəmkir rayonunun N saylı hərbi hissəsindədir.

 

Sadıxov Vüsal Alxan oğlu

“Bədən tərbiyəsi və idman(Gimnastika)” ixtisası üzrə III kurs 158A15 qrup tələbəsidir. İgidimiz İkinci Vətən Müharibəsində Kəlbəcər, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Xankişiyev Rüfət Cəsur oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2020-ci il məzunudur. İkinci Vətən Müharibəsində Cəbrayıl, Qubadlı və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Fəxrimiz Rüfət Xankişiyev 10 dekabr 2020-ci il tarixində “Zəfər Paradı”-nın iştirakçısı olub, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Yahyalı Ozal Yengibar oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə II kurs M1129A1 qrup magistrantıdır. Ozal Yahyalı Talış, Suqovuşan, Ağdam və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Fəxrimiz "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Yaqublu Razim Rasim oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2020-ci il məzunudur. İkinci Vətən Müharibəsində Qubadlı, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. 

 

Yaqubov Abbas İslam oğlu

“Məşqçi (sərbəst güləş)” ixtisası üzrə 2019-cu il məzunudur. İkinci Vətən Müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

 Zeynallı Kənan Səhəddin oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə İTN-17-8 qrup tələbəsidir (hazırda akademik məzuniyyətdədir).  İkinci Vətən Müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. 

 

Fətullayev Ağababa Əsəd oğlu

“Məşqçi (karate)” ixtisası üzrə III kurs tələbəsidir. İkinci Vətən Müharibəsində Xocavənd, Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə istirak edib. Qəhrəmanımız Ağababa Fətullayev “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

 

İbrahimov Tural Nəriman oğlu

“İdman menecmenti və kommunikasiya” ixtisası üzrə 149A2 qrup tələbəsidir. İkinci Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Daşaltı və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

 

Tağıyev Tağı Mirsahib oğlu

“İdman menecmenti və kommunikasiya” ixtisasının 140A3 qrup tələbəsidir. İkinci Vətən Müharibəsi zamanı Ağdərə və Şuşa istiqamətində gedən döyüşlərdə istirak edib.

 

Eldarzadə Rəsul Elxan oğlu

“İdman menecmenti və kommunikasiya” ixtisası üzrə 140A1 qrup tələbəsidir. İkinci Vətən Müharibəsi zamanı Murov zirvəsinin alınması uğrunda gedən döyüşlərdə iştirak edib, hal-hazırda Kəlbəcərdədir.

 

Məmmədov Vəli Elşən oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2020-ci il məzunudur.İkinci Vətən Müharibəsində Ağdam və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. İgidimiz Vəli Məmmədov Akademiyanın futzal komandasının üzvüdür.

 

Həsənli Rauf Həsənağa oğlu

“Məşqçi” ixtisası üzrə 2017-ci il məzunudur. İkinci Vətən Müharibəsinə könüllü olaraq yollanıb, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Quliyev Nihad Araz oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2020-ci il məzunudur. İkinci Vətən Müharibəsində Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. 

 

Nəcəfov Rəcəb  Elxan oğlu

“Məşqçi (İdman Turizmi)” ixtisası üzrə  Q110A4 qrup tələbəsidir.  İkinci Vətən Müharibəsində Murov Silsiləsi, Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. 

 

Dilavərov Şamxal Dilavər  oğlu

2014-cü il məzunudur. İkinci Vətən Müharibəsində Füzuli, Cəbrayıl, Laçın, Şuşa və Qubadlı istiqamətində gedən döyüşlərdə könüllü iştirak edib. Hazırda Suqovuşanda hərbi xidmətini davam etdirir. Qəhrəmanımız Şamxal Dilavərov  “Cəbrayılın azad olunamsına görə” medal ilə təltif olunub.

 

Baloğlanov Cavid Xanoğlan oğlu

"Məşqçi" ixtisasının 2018-ci il məzunudur. Cüdo üzrə ölkədaxili yarışlarda hakim və idmançı kimi çıxış edib. İkinci Vətən Müharibəsində Füzuli, Zəngilan, Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Hazırda hərbi xidmətinə davam edir.

 

Dadaşlı Həsən Kamal oğlu

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə 2020-ci il məzunudur. “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

 

Əhmədov Tunar Rauf oğlu

Q119A5 qrup tələbəsidir. İgidimiz Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə istirak edib. Fəxrimiz  “Füzulinin azad olunmasına görə“ “Cəbrayılın azad olunmasına görə”  “Xocavənd azad olunmasına görə” “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

 

Nəcəfquluzadə İlyas Famil oğlu

Zəngilan Qubadlı uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə təltif olunub.

 

Səmədzadə Səməd Ramil oğlu

"Bədən tərbiyəsi və idman" ixtisası üzrə 2020-ci il məzunudur. Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib.

 

Yusubov Eldəniz Ramiz oğlu

“Bədən tərbiyəsi və idman (boks)” üzrə 2020-ci il məzunudur. “Zəngilanın azad olunmasına görə”,“Qubadlı azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Abdullayev Natiq Sabir oğlu

İkinci Vətən Müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Fəxrimiz Natiq Abdullayev “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.