Elmi-tədris laboratoriyası
2017/2018-ci tədris ilindən başlayaraq bakalavriat (050815 Bədən tərbiyəsi və idmanda reabilitasiya) və magistratura (060802 - idman tibbi və reabilitasiya) səviyyələrində yeni ixsisasların daxil edilməsi, həmçinin mövcud olan ixtisaslar üzrə tədris proqramlarının təkmilləşdirilməsi, keyfiyyətli kadrların hazırlanması üçün elmi-tədris bazasının yaradılmasına zərurət yaratmışdır.
Akademiyanın tərkibində yaradılan Elmi-tədris laboratoriyanın ərazisi 206.8 m2-dir. Laboratoriya idman tibbi sahəsində tədqiqatların aparılması üçün ən müasir avadanlıqlarla təchiz edilib, o cümlədən erqospirometriya, 3D antropometriya, bədən balansı və s.