Azerbaijan State Academy of Physical Education and Sport

Karate üzrə Dünya və Avropa çempionu, tələbəmiz Elxan Gülmalıyev möhtəşəm lahiyənin rəhbəri oldu

Dünyanı Azərbaycan idmançıların gözü ilə görmək və göstərmək arzusu Elxan Elşad oğlu Gülmalıyevin fotosərgi layihəsinə çevrildi.

18-19 iyul 2017-ci il tarixində Azərbaycan Dövlət Gənclər Fondunun dəstəyi ilə karate Goju-ryu istiqaməti üzrə Dünya və Avropa çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Elxan Elşad oğlu Gülmalıyevin "Dünya ölkələri Azərbaycanlı idmançıların gözü ilə" adlı layihəsinə həsr olunmuş sərgi keçirildişdir.

Fotosərgidə Azərbaycan idmançılarının ölkə sərhədlərindən kənarda qatıldıqları müxtəlif yarışlardan şəkillər nümayiş olundu. Fotolarda idmançılarımızın qürur verici, müxtəlif emosiyalarını ifadə edən, hiss və həyacan dolu anları öz əksini tapdı və daha gənc nəsilə, yeniyetmələr və uşaqlara idmanın əhəmiyyəti, vacibliyi və ən əsası sağlam həyat tərzinin gözəlliyinin mesajı verildi.         

News and Events