Azerbaijan State Academy of Physical Education and Sport

IV ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin nəzərinə!

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 19.08.2017-ci il tarixinədəkBədən tərbiyəsi və idmanda reabilitasiya”  ixtisasına qəbulu davam edir. Bədən Tərbiyəsi və İdmanda reabiliyasiya  üzrə bakalavr təhsil zamanı tələbələrə Fiziologiya, biokimiya, psixologiya, biomexanika və kineziologiya, kinezioterapiya və s. kimi fənlər tədris edəcək. Proqram çərçivəsində tələbələr nəzəri bilikləri möhkəmləndirmək üçün prakriki tapşırıqlar da yerinə yetiriləcək. Tələbələr müxtəlif zədə və xəstəlikləri olan xəstələri müayinə edib, müalicə planı hazırlayacaqlar. Təhsili bitirdikdən sonra məzunlar idman federasiyaları, idman məktəbləri, reabilitasiya mərkəzləri, bədən tərbiyəsi və idman dispanserlərində və digər müəssisələrdə fizioterapevtin köməkçisi və ya fiziki reabilitasiya üzrə təlimatçı qismində, və bu kimi fəaliyyət sahələrində işləyə biləcəklər. İşəgötürənlərin təlabatına görə fəaliyyətin bu sahəsi nəinki Azərbaycanda, eləcə də beynəlxalq səviyyədə prioritetdir. “Bədən tərbiyəsi və idmanda reabiliyasiya” ixtisasını seçmək üçün keçid balı minimum 200 bal təşkil etməlidir. İxtisasa qəbul olmaq üçün “Abituriyentin ixtisas seçimi” elektron ərizəsini doldurub 137124 ixtisas kodunu seçmək kifayətdir. Tələsin, yerlərin sayı məhduddur!

News and Events