Azerbaijan State Academy of Physical Education and Sport

"İdman Jurnalistikası" magistr proqramının təsisçiləri “Zəfər 2017” Beynəlxalq İdman Mükafatına layiq görülüblər

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Sportsman” jurnalının təsis etdiyi “Zəfər 2017” Beynəlxalq İdman Mükafatının növbəti təqdimetmə mərasimi keçirilib. Bu dəfə mükafatın nominantları sırasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılan "İdman Jurnalistikası" magistr proqramının təsisçiləri yer alıb.

Belə ki, Akademiyanın İdman Jurnalistikası Magistr proqramının rəhbəri Dan Mason və proqram meneceri Ellada Mustafayeva "Azərbaycan idman jurnalistikasının inkişafında xidmətlərinə görə" nominasiyası üzrə “Zəfər 2017” Beynəlxalq İdman Mükafatına layiq görülüblər.

Qeyd edək ki, cari 2017-2018-ci dərs ilindən etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycanın və Qafqazda ilk dəfə idman jurnalistikası ixtisası üzrə ilk magistr ixtisasının tədrisinə başlanılıb. Böyük Britaniyanın qabaqcıl Universitetlərindən biri olan Şeffild Hallam Universiteti ilə birgə hazırlananan proqramın məqsədi təhsil və tədris prosesinin təkmilləşdirilməsi və inkişafı, idman jurnalistikası sahəsində kadr potensialının artırılmasıdır.

Məlumat üçün bildirək ki, “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı “Sportsman” jurnalı tərəfindən Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi 2007-ci ildə təsis olunub. 2015-ci ildən isə Mükafat “Zəfər Beynəlxalq İdman Mükafatı” statusunu qazanıb. Mükafatın təqdim olunmasında məqsəd ilin ən yüksək idman nailiyyətlərini müəyyən edərək müxtəlif qurum və şəxslərin bu sahədəki əməyini qiymətləndirməkdir.

News and Events