Azerbaijan State Academy of Physical Education and Sport

ADBTİA-da Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilmişdir

8 dekabr 2017-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Respublikasının Dövlət Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev və millət vəkili Fuad Muradov, Milli Məclisin üzvləri, Olimpiya, Paralimpiya və dünya çempionları, müəllim və tələbə heyətinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsi anılmışdır.

Anım tərbirinin əsas məqsədi müstəqil Azərbaycanın banisi olan dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri və görkəmli nailiyyətləri haqqında gənc nəsli məlumatlandırmaq, ümummilli liderin əziz xatirəsini yad etməkdir. Bu məqsədlə tədbir zamanı ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film izlənilmiş, daha sonra isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Xor Kapellası tərəfindən ümummilli liderin sevimli mahnıları ifa olunmuşdur.

Tədbirdə iştirak edən dövlət rəsmiləri xüsusi olaraq qeyd etdilər ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə həm idmana, həm təhsilə münasibət kökündən dəyişmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahat yönümlü dövlət təhsil siyasətinin əsas məqsədi ölkənin malik olduğu təbii sərvətlərin insan kapitalına çevrilməsi olmuşdur.

Tədbirin qonaqları Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında aparılan yenidənqurma işləri və təhsil islahatları ilə tanış olmuş – yeni yaradılmış “İdman Jurnalistikası”, “İdman menecmenti” və “İdman tibbi və reabilitasiya” magistr ixtisaslarının dərslərində iştirak etmiş, bu magistr proqramlarında dərs deyən Sheffield Hallam University və UCL (University College of London) universitetlərinin müəllimləri ilə tanış olmuşdurlar.

News and Events