Azerbaijan State Academy of Physical Education and Sport

“Azərbaycanın Elektron Ali Təhsil Məkanı - Məhdudiyyətlər, İmkanlar və Perspektivlər” I Onlayn Təhsil Simpoziumu

Noyabrın 7-si saat 9:00-dan 14:30-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Azərbaycanın Elektron Ali Təhsil Məkanı - Məhdudiyyətlər, İmkanlar və Perspektivlər” I  Onlayn Təhsil Simpoziumu keçiriləcək.

Simpoziumun məqsədi Azərbaycanda mövcud ali təhsil müəssisələrini bir araya gətirərək, onlayn təhsilin üstünlükləri və əhəmiyyətini müzakirə etmək, ölkədə onlayn təhsilin dəstəklənməsi üçün təkliflər hazırlamaqdır. Bundan əlavə, simpoziumda ali təhsil üçün e-resursların dizaynı və inkişafı üzrə təlimlər keçiriləcək. Həmçinin, tədbirdə elektron təhsil sahəsinə çalışan şirkətlər öz məhsullarını Simpozium iştirakçılarına Elektron Təhsil Sərgisində təqdim edəcəklər.

PROQRAM

9:30 - 11:10     Plenar müzakirələr və çıxışlar (yalnız dəvət ilə)

11:10-11:50     Sərgi - elektron təhsil şirkətlər və startupları ilə tanışlıq (qeydiyyat ilə)

11:50 - 14:00   Təlimlər (qeydiyyat ilə)

TƏLİMLƏR

11:50-12:35 Təlim 1 “Tədris yönümlü effektiv video dəslərin yaradılması” Aynura Bağırova, Səfurə Rəhimova, Kənan Musayev (EDUMEDIA)

11:50-12:35 Təlim 2 “Öz onlayn kursunu yarat” Səbinə Hacızadə (ADBTİA)

11:50-12:35 Təlim 3 “Müasir təhsil ünsiyyəti” Emin Axundov (Microsoft Azerbaijan)

13:15- 14:00 Təlim 4 “English education through American English Massive Open Online Courses (MOOCs)” Mary Catherine Boehmer
(English Language Fellow, Azərbaycan Dillər Universiteti) Azərbaycan dilində tərcümə təmin olunacaq. 

13:15- 14:00 Təlim 5 “Təhsil müəssisəsinin avtomatlaşdırılması konsepsiyası” Dürdanə Əhədova (ULTRA)

13:15- 14:00 Təlim 6 “Akademik Yazı kursunun onlayn təşkili” Ramil Mustafayev (ADA Universiteti)

Təlimlər Azərbaycan dilində aparılacaq. 

Sərgi və təlimlərdə iştirak etmək istəyənlər events@sport.edu.az elektron poçt vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan öz ad və soyad, müəssisənizin adını, vəzifənizi və iştirak edəcək təlimin adını qeyd etməklə keçə bilərsiz.

News and Events