Azerbaijan State Academy of Physical Education and Sport

Tələbəmiz “Qarabağ” FK-da iş təcrübəsi keçib

ADBTİA-nın (ASAPES) “İdman menecmenti və kommunikasiya” ixtisasının 4-cü kurs S149A1 ASAPES-SABAH qrupu tələbəsi Ülvi Məlikzadə avqustun 1-dən sentyabrın 12-dək “Qarabağ” Futbol Klubunda iş təcrübəsində olub.

Bu müddət ərzində tələbəmiz yerli və beynəlxalq oyunlar zamanı əcnəbi qonaqlarla ünsiyyət, akkreditasiyaların verilməsi, stadionda bölgələrə nəzarət və VİP qonaqların qarşılanması işlərində fəaliyyət göstərib.

Bundan başqa, Ülvi Məlikzadə klub idarəetməsində rəhbər heyətin iş prinsipi ilə də tanış olub, “Qarabağ” FK akademiyasına cəlb olunan yeniyetmələrlə müqavilə imzalanması və sistem köçürülməsi kimi işlərin təşkilinə öz töhfəsini verib.

#ASAPES #İdmanAkademiyası #Futbol #İdman #Sport

News and Events