Azerbaijan State Academy of Physical Education and Sport

Manual terapiyanın əsasları mözvusunda təlim keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi-tədris laboratoriyasında “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasının 130A1 “Sabah” qrupları tələbələri üçün “Manual terapiyanın əsasları” mövzusunda təlim keçirilib.

Tələbələrə nəzəri və praktiki təlimi Respublika Diaqnostika Mərkəzinin fizioterapiya ve reabilitasiya şöbəsinin rəhbəri, Almaniyada ixtisaslaşmış həkim-fizioterapevt reabilitoloq, Elmi-tədris laboratoriyasının həkim-konsultantı Mətanət Abbasova və Akademiyanın İdman və tibbi reabilitasiya kafedrasının “Müalicə və idman masajı” fənninin müəllimi, Elmi-tədris laboratoriyasının fiziki reabilitasiya üzrə baş mütəxəssisi Aytəkin Bakıxanova keçiblər.

News and Events