Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES-də şahmat və dama yarışları keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə SABAH qrupları tələbələri arasında şahmat və dama yarışları keçirilib. ASAPES-də keçirilən yarışları beynəlxalq və respublika dərəcəli hakimlər idarə ediblər. Hər biri 9 turdan ibarət olan yarışda ümumilikdə, 9 ali təhsil müəssisəsi üzrə 99 tələbə iştirak edib. Yekun nəticəyə əsasən, dama yarışlarında Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Pərviz Məmmədov 1-ci, Bakı Dövlət Universitetinin tələbəsi Fəxrəddin Şəfiyev 2-ci, Bakı Mühəndislik Universitetindən Arzu Heydərov isə 3-cü yerin sahibi olublar. Şahmat yarışlarına gəlincə, ilk 3 yeri Bakı Dövlət Universitetinin tələbələri tutublar. Murad Rzayev 1-ci, Əli Mirzəyev 2-ci, Fəxrəddin Şəfiyev isə 3-cü yerə layiq görülüblər. Qaliblərin hamısına mükafatlar təqdim edilib.

News and Events