Azerbaijan State Academy of Physical Education and Sport

Komandamız finala vəsiqə qazanıb!

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) futbol komandası ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən turnirdə uğurla çıxış edir. 16 komandanın iştirak etdiyi yarışın qrup mərhələsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə 5:1, Azərbaycan Texniki Universitetinə 11:1, Milli Aviasiya Akademiyasınına isə 8:0 hesabı ilə qalib gələn təmsilçilərimiz 1/4 finalda Azərbaycan Kooperasiya Universitetinin tələbələrini 8:3 hesabı ilə məğlub ediblər.

Yarımfinal qarşılaşmasında komandamız Azərbaycan Memarlıq və İnşaat Universitetinin futbolçularına 5:0 hesabı ilə qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada rəqibimiz Bakı Dövlət Universiteti olacaq.

#ASAPES #İdmanAkademiyası

News and Events