Azerbaijan State Academy of Physical Education and Sport

“High Park Communications” şirkətinin təsisçisi və direktoru, Kolin Qibson ASAPES Multimedia Mərkəzində praktiki dərslər keçir

“High Park Communications” şirkətinin təsisçisi və direktoru, Strategiya, Rəqəmsal və Media İdarəçiliyi, eləcə də mentorluq üzrə kommunikasiyalar eksperti, Asiya Futbol Konfederasiyasında kommunikasiya direktoru olmuş Kolin Qibson (Colin Gibson) ASAPES Multimedia Mərkəzində magistratura təhsil səviyyəsində tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” proqramının I tədris ili magistrantlarına "Onlayn yazı bacarıqları" modulundan praktiki dərslər keçir.

Media mərkəzində keçirilən ilk praktiki dərs zamanı tələbələr ayrı-ayrılıqda Kolin Qibsonu müsahibə ediblər. Müsahibə üçün əvvəlcədən Kolin haqqında araşdırmalar edən tələbələr maraqlı suallar hazırlayıblar. Tet-a-tet müsahibə sonrasında tələbələr məqalə hazırlayıb müzakirələr ediblər.

News and Events