Azerbaijan State Academy of Physical Education and Sport

ADBTİA-da video-konfrans formatında Tələbə Elmi-Praktiki Konfransı keçirilib

8-9 iyul 2021-ci il tarixlərində ADBTİA-da video-konfrans formatında, Microsoft Teams tətbiqi vasitəsilə “Bədən tərbiyəsi və idman: innovasiyalar və inkişaf perspektivləri mövzusunda” Tələbə Elmi-Praktiki Konfransı keçirilib.

2 gün onlayn davam edən konfransda 28 tələbə məruzə ilə çıxış ediblər.

Konfransda bədən tərbiyəsi və idmana aid olan innovasiyalar və perspektivlər təqdim edilib. Tələbələr tərəfindən idman tibbi reabilitasiyası üzrə tətbiq olunan müasir texnologiyalar haqqında, menecment sahəsində idarəetməyə aid olan innovasiyalar, təhsil sisteminin yenilikləri haqqında maraqlı təqdimatlar və çıxışlar dinlənilib.

Tələbə Elmi-Praktiki Konfransında Akademiyanın rəhbərliyi və professor-müəllim heyəti iştirak edib. Uğurla başa çatan konfransın təşkili yüksək qiymətləndirilib.

Tədris və elmi işlər üzrə prorektor Təhminə Tağı-zadə konfrasda nümunəvi çıxış edən tələbələrə sertifikat və təşəkkürnamələr təqdim edib.

Tələbələrimizlə fəxr edir onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.

#ADBTİA #ASAPES #Tələbələr #Students #Təhsil #Education #Konfrans #Conference

News and Events