Azerbaijan State Academy of Physical Education and Sport

Azərbaycanlı həkim-fizioterapevt ISEH-in təlimində iştirak edib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-tədris laboratoriyasında hərbçilərin tibbi reabilitasiyasında yaxından iştirak edən həkim-fizioterapevt Mətanət Abbasova Böyük Britaniyanın aparıcı universitetlərindən olan Institute of Sport, Exercise and Health-in (ISEH) İdman kardiorespirator təbabəti üzrə təlimində iştirak edərək sertifikat əldə edib. Bu günlərdə keçirilmiş təlimdə idmançıların respirator sağlamlığının optimallaşdırılması və onların respirator xəstəliklərdən qorunması, idmançının daha yaxşı nəfəs almasına dəstək və tənəffüs fəaliyyətinin yaxşılaşdırılması yolları, idmançıların universal və ya hədəf skrininqinin vaxtının düzgün seçilməsi, ürək xəstəliyinə şübhə olan veteran idmançıya dəstək, mütəxəssislərin idman təbabəti sahəsində ən çox qarşılaşdıqları çətinliklər və digər faydalı mövzular əhatə olunub.
Akademiyanın rəhbərliyi və kollektivi Mətanət xanımı təbrik edir, peşəkar inkişafı yönündə uğurlu addımlarını alqışlayır və gələcək işlərində müvəffəqiyyətlər arzulayır!
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası öz əməkdaşlarının nailiyyətlərindən qürur duyur, onların özünüinkişaf səylərini yüksək dəyərləndirir və təkmilləşməyə davam etmək istiqamətində istək və planlarını dəstəkləyir.

News and Events