Azerbaijan State Academy of Physical Education and Sport

ADBTİA-nın əcnəbi tələbələri Hərbi Qənimətlər Parkında olub

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 04.05.2021-ci il tarixində, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin Hərbi Qənimətlər Parkına səfəri təşkil olunub.

Tədbirdə 49 ölkədən olan 71 əcnəbi tələbə, ali təhsil müəssisələrinin nümayəndələri və Təhsil Nazirliyinin əməkdaşları iştirak edib. Səfər çərçivəsində 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilmiş şanlı qələbə barədə məlumat verilib. Azərbaycan ordusunun əzmi və qətiyyəti hərbi qənimətlər fonunda nümayiş etdirilib, eləcə də digər zəruri məqamlarla tanışlıq təşkil edilib.

Hərbi Qənimətlar Parkını ziyarət edənlər arasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nigeriyalı tələbəsi Johnpaul İkenna Nnamdi və hindistanlı tələbəsi Mohammed İsmail Shaikh da olublar.

Sonda iştirakçıların təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.

#ADBTİA #ASAPES #QarabağAzərbaycandır #KarabakhisAzerbaijan

News and Events