Azerbaijan State Academy of Physical Education and Sport

ADBTİA Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib

26 fevral - Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası anım mərasimi keçirib.

Onlayn formatda keçirilən tədbirdə Akademiyanın rektoru Fuad Hacıyev, Akademiyanın Elmi Şura üzvləri, ASAPES-SABAH qrupun tələbələri və tədrisi ingilis dilində aparılan proqramlar üzrə magistrantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Akademiyanın Mətbuat Xidmətinin rəhbəri, Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyev açıb və Xocalı soyqırımının xalqımızın tarixində ən kədərli günlərindən biri olduğunu qeyd edib. Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Xocalı faciəsinə həsr olunmuş qısametrajlı film təqdim olunub. Sonra söz tələbələrə verilib. Onlar ermənilərin bu qanlı cinayəti haqqında öz fikirlərini bölüşüblər.

Ardınca Akademiyanın rektoru Fuad Hacıyev tələbələrə qanlı yaddaşımız və qəhrəmanlıq tariximiz barədə danışıb. F.Hacıyevin Azərbaycan tarixinin keşməkeşli dövrləri barədə faktlarla zəngin söhbətini ADBTİA-nın əməkdaşlar və tələbələri böyük maraqla dinləyiblər.

Tədbirin sonunda rektor F.Hacıyev tələbələrin Xocalı soyqırımı ilə bağlı suallarını cavablandırıb.

News and Events