Azerbaijan State Academy of Physical Education and Sport

Professor Dilqəm Quliyev “Milli Ordunun-100 illik” yubiley medalı ilə təltif olunmuşdur

 Dilqəm Qasım oğlu Quliyev “Milli Ordunun-100 illik” yubiley medalı ilə təltif olunmuşdur.

 

Dilqəm Qasım oğlu Quliyev 1950-ci il avqustun  6-da  Naxçıvan MR-nın Şərur rayonunun (indiki Kəngərli rayonu) Şahtaxtı kəndində anadan olmuşdur. Təhsili Şahtaxtı kənd orta məktəbində almışdır (1958-1967). 1968-ci ildə Culfa rayonunun yol nəqliyyatında fəhlə işləmişdir. 1968-ci ildə Bakı  Maliyyə-Kredit texnikumuna qəbul olunmuşdur. 1969-1970-ci illərdə Lipeçki şəhərində xidmət etmişdir. 1972-ci ildə Bakı Maliyyə-Kredit texnikumunu, 1978-ci ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki İdman Akademiyası) pedaqoji fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla həmin Aakademiyanın güləşmə və onun metodikası kafedrasında baş laborant vəzifəsində saxlanılmışdır.

1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki İdman Akademiyası) güləşmə və onun metodikası kafedrasında müəllim, baş müəllim (1990), tərbiyə işləri üzrə prorektor (1991), idman işləri üzrə prorektor (1992), idman və xarici əlaqələr üzrə prorektoru (2001-2015), hazırda idman tarixi elmi mərkəzinin direktoru vəzifəsində çalışır (2021). 

      1972-ci ildən sərbəst güləş üzrə idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi (1996), Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi (1994), Bədən Tərbiyəsi və İdman Əlaçısı (1994), pedaqogika  üzrə fəlsəfə doktoru (1994), dosent (1996), Milli Olimpiya Komitəsinin, Milli Olimpiya Akademiyasının (1998), Azərbaycan Respublikası Jurnalistlər Birliyinin (1994), İdman Jurnalistlər Assosiasiyasının üzvü (2003), Gənc Vətənpərvərlər  Birliyinin ABTİA-nın dayaq Mərkəzinin Sədri (2000),  «İdmançı» qəzetinin baş redaktoru (1998), «Tərəqqi» medalına layiq görülmüş (2001),  professor (2004), Azərbaycan Respublikasının «Əməkdar bədən tərbiyəsi və idman xadimi» (2006), Azərbaycan Milli Ensiklopediyasının  bədən tərbiyəsi və idman sahəsinin müəllifi (2006), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurasının üzvüdür (2008).

2017-ci ildə bədən tərbiyəsi və idman sahəsində 1930-2018-ci illər ərzində yeganə və ilk dəfə olaraq Azərbaycanda  “Azərbaycan Respublikasında müstəqillik dövründə bədən tərbiyəsi və idmanın inkişaf istiqamətləri (1991-2015-ci illər)” mövzusunda pedaqogika üzrə elmlər doktorluq  dissertasiyasını müdafiə etmişdir (7 noyabr 2017-ci il, Bakı ş.). 2018-ci il 4 iyulda  AAK tərəfindən pedaqogika üzrə elmlər doktorluq diplomu təsdiq olunub.

         Elmi tədqiqat işini davam etdirirərək indiyədək 499-za yaxın əsərim və 400-dən ynxarı elmi-pedaqoji və publisistik qəzet məqalələri çap  olunmuşdur.  Öz tədqiqatlarıma uyğun çoxsaylı elmi-pedaqoji ədəbiyyatlar araşdıraraq, “Şəhid idmançılar” (1995), “XX əsrin qan yaddaşı” (1998), “Azərbaycan ulduzları Olimpiya Oyunlarında» (1996), «Bədən tərbiyəsi və idmana dövlət qayğısı» (2001)  mövzusunda yazılmış bu və ya digər kitabları Xalqımızın ümummilli lideri Heydər Əliyevə, «Azərbaycanda cüdo» (2002), «Azərbaycan idmanının dünəni və bu günü» (2003), “İdman və Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu” (1997-2007)  və b. kitabları isə Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən təqdim edilmiş və yüksək mükafatlara layiq görülmüşdür.

Dövlət tərəfindən 12 may 2013-cü ildə Milli Olimpiya Komitəsinin inzibati binasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə nəşr olunmuş «Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri» və 25 may 2018-ci ildə  "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” (1918-2018) monoqrafiyasından bəhs edən kitabların təqdimat mərasimi keçirilib.

         2000-ci ildən AAK-ın qərarı ilə dissertant və aspiranta elmi rəhbər olmaq səlahiyyəti almışdır. Həmin ildən başlayaraq yüksək ixtisaslı kadrların hazırlanması işinə  ciddi fikir verərək, 32-i  nəfərə elmi rəhbərlik, 2 nəfərin namizədlik dissertasiyasına isə opponentlik etmişdir. Rəhbərlik etdiyi  dissertant və magistrantlar fiziki tərbiyənin ən aktual mövzularına həsr edilmiş namizədlik və magistrlik  dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişlər. Onlardan Türkiyə  Cümhuriyyəti vətəndaşları R.Nazim, M.Sayqılı, İ.Aslan, A.Dede, M.Seda, E.Taşş, G.Canpolat, E.Taş, S.Mürəkkəbçi, İran İslam Respublikasından P. B. Əşkani, E.F. Təqizadə, M. Ç. Peyğami, azərbaycanlı Y.Babanlı, R.Əbdürrəhmanov, M.M.Gülmaliyev, Q. S. Mehdiyev, S. İ., Səmədzadə V. B. Aslanov  və b. göstərmək olar. Hazırda rəhbərliyi altında iki nəfər aspirant və üç nəfər magistrant öz tədqiqatları üzərində işləyirlər.

1994-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması barədə imzaladığı Fərmanla əlaqədar Əsasnamənin hazırlanmasında Azərbaycan şairi, tərcüməçi, publisist, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli ilə birlikdə (bədən tərbiyəsi və idman sahəsi) fəal iştirak etmişdir.

Respublikamızda milli güləşin inkişafında böyük təbliğat işi aparan, habelə milli xalq oyunlarını əhali arasında yayan istedadlı təşkilatçısı kimi “Milli güləş” və başqa dərsliklərin müəllifiidir. Dəfələrlə  radio, televiziya və dövri mətbuatda müxtəlif çıxışlarımda və yazıları ilə xalq oyunlarını, habelə milli güləşin qədim köklərini, bədən tərbiyəsi və idmanın inkişaf tarixini və onun gələcək inkişafını geniş təbliğ edir, keçmiş ittifaq və respublika miqyasında keçirilən milli və sərbəst güləş yarışlarında hakim kimi də fəaliyyətimi müvəffəqiyyətlə davam etdirmişdir. Keçmiş SSRİ məkanında keçirilən yarışlarında yüksək səviyyədə hakimlik edərək, fəxri fərmanlarla təltif olunmuşdur.

1990-cı ildə keçmiş SSRİ və respublika miqyaslı güləşmə yarışlarının təşkili və keçirilməsində də yaxından iştirak etmişdir.

1972-1999-cu illər ərzində müəllimliklə yanaşı məşqçilik fəaliyyətini də davam etdirmişdir. 40 ildən çoxdur ki, məşqçilik-müəllimlik fəaliyyəti ilə məşquldur. Bu müddət ərzində Akademiyanın tələbələrindən 6 - əməkdar idman ustası, 76 - Beynəlxalq dərəcəli idman ustası, 1591 -  idman ustası, 1673-idman ustalığına namizəd hazırlanmışdır. Tələbələrdən bir çoxu dünya, Avropa çempionları və mükafatçıları olmuşlar. Onlardan Əlicanov N. Hacıyev R. Namazov R. və b. göstərmək olar.

    1978-2010-cu illərdə  D.Quliyevin  rəhbərliyi və əməyi nəticəsində Akademiyanın tələbələri Olimpiya idman növləri üzrə keçirilən Olimpiya Oyunlarının, Avropa, dünya çempionatlarının, birinciliklərin,  ali təhsil məktəbləri arasında keçirilən Universiadalarda çempion və mükafatçılar olmuşlar. Onlardan,1990-cı ildə sərbəst güləş üzrə Qrodnıy şəhərində keçirilən tələbələrin Universiadasında Nazim Əlicanov 57 kq çəkidə qızıl medal, Nadir Həmidov isə həmin çəkidə gümüş medal qazanmışlar.   1993-cü ildə Avropa birinciliyində sərbəst güləş üzrə 58 kq çəkidə Rövşən Hacıyev qızıl medal qazanmışdır. (Avstraliyanın Gets şəhəri). 1995-ci ildə isə Almaniyanın Vitten şəhərində keçirilən Avropa  birinciliyində Namazov Rəhman Zakir oğlu sərbəst güləş üzrə 54 kq çəkidə gümüş medal qazanmışdır.

Dilqəm müəllim milli vətənpərvərlik sahəsində də xüsusi fəallıq göstərərək, yorulmaq bilmədən 15 ildən artıq əmək semestrində zona və xətti tələbə dəstələrinin komandiri kimi iştirak etmişdir. Dəfələrlə keçmiş Ümumittifaq keçici qırmızı bayrağını Azərbaycana gətirmişdir. On bir dəfə  dairə seçki məntəqəsinin sədri vəzifəsində çalışmış, dəfələrlə  fəxri mükafata layiq görülmüşdür. Ermənistandan öz doğma ata-baba yurdlarından deportasiya edilmiş azərbaycanlı bacı və  qardaşlarımıza da köməklik göstərmişdir. D.Quliyevin təşəbbüsü ilə yaradılan 25 tələbədən ibarət dəstəyə rəhbərlik edərək, 1989-cu ilin mart-may aylarında  Ağdam,  Xocalı,  Şuşa  və Bərdə şəhərində təmənnasız olaraq işləmiş və  əldə etdikləri gəlirin hamısını (30 min rubl) köçkünlərin hesabına (№70076 fond) keçirmüşlər. Qarabağda yaralanan və şəhid olan tələbələrin ailələrinə də böyük qayğı göstərərək, dəfələrlə şəhid valideynlərini bir yerə toplamış  Gənclər və İdman  Nazirlyinin rəhbərliyi altında onlara maddi yardım göstərir, Şəhidlər Xiyabanını ziyarət etmişlər.  D.Quliyev İdman  Akademiyasında yaradılmış Qarabağ Müharibə fondunun sədri olmuşdur (1988-1994).

Birinci Qarabağ müharibəsində Qarabağ Müharibə fondunun təşəbbüsü ilə müstəqillik, dövlət quruculuğu prosesində, təşəkkül mərhələsində hərbi-fiziki tərbiyənin aktuallığına onun elmi-nəzəri əsaslarına ciddi fikir vermiş, milli qəhrəmanların adlarına foto-stendlərin tərtibində, onların adına turnirlərin keçirilməsinə, dərsliklərdə, hərbi quruculuq sahəsində gənc nəslin fəaliyyətinin işıqlandırılmasında, şəhid idmançıların ailələrinə yardımın göstərilməsində, Milli ordumuzun yaradılmasında, İstiqlal, Dirçəliş günlərinin təntənəli şəkildə qeyd edilməsində, torpaqlarımızın 20%-dən çoxunu zəbt etmiş erməni vandalizmi üzərində qələbəni təmin etmək üçün orduya gücü çatan köməklik etmişdir. Onun Rəhbərliyi altında Akademiyanın tələbələri M.Mirhəsənov adına 1 nömrəli respublika klinik xəstəxanasından 31  nəfər kimsəsiz uşağın, göz xəstəlikləri institutundan isə 7 xəstənin müalicəsini öz üzərinə götürmüş, Kəlbəcərdəki yerli batalyona 37 min manatlıq yardım etmişlər (1989-1992). Rəhbərlik etdiyi akademiyanın tələbələri bir neçə dəfə Bakı şəhərinin 196 nömrəli qanköçürmə məntəqəsində və süd kombinatında yaralılar üçün qan vermişlər. Milli qəhrəmanlarla görüşlərin təşkilində, hərbi hissələrdə, Akademiyanın bir qrup nümayəndələri cəbhə bölgəsindəki “N” saylı hərbi hissə əsgərlərimizlə görüşüb,çıxışlar etmiş Akademiya tərəfindən göndərilən hədiyyə və “Əsgərə salam” məktublarını çatdırıb, müharibədən sonra İkinci Qarabağ müharibəsində Akademiyanın bir qrup əməkdaşları şəhid ailələrini ziyarət edib, foto, sərgi, albomların və kitabların hazırlanmasında və başqa tədbirlərin keçirilməsində yaxından köməklik göstərmişlər.

1990-1992-ci illərdə Dilqəm müəllimin rəhbərliyi ilə bir qrup tələbə üç ay ərzində  Xocalı,  Şuşa,  Ağdam  və  başqa  rayonların məktəblərində bədən tərbiyəsi müəllimlərinə köməklik göstərmişlər. Vətənpərvərlik nümunəsi göstərərək, «Şəhid idmançılar» (1995), «Tələbə-gənclərin hərbi vətənpərvərlik tərbiyəsi» (1996), «XX əsrin qan yaddaşı» (1998), “Tələbə-gənclərin vətənpərvərlik və hərbi-fiziki tərbiyəsinin təşkili” (2007), “İlqar İsmayılovun şəhidlik zirvəsi -50”, Etibar Quliyev və Aytən Quliyevanın həmmüəllifliyi ilə birlikdə “Azərbaycan və Anadolu türklərinə qarşı soyqırım”, “Xocalım sağalmaz yaram mənim” və başqa kitablar işıq üzü görmüşdür. Azərbaycan KİVNİH rəhbərliyi həmin kitablara görə D.Quliyevi general H.Aslanov adına fəxri diplomla (1995), «Nailiyyət» (1995) mükafatı ilə təltif olunmuşdur.

Müəllifi olduğu  “Şair qəlbli qəhrəman”, “Tələsmə könlüm” adlı məqalələri  rus dilində olan məktəblərin 9-cu sinf dərsliklərində (Bakı-2009) və  ibtidai siniflərdə folklor materiallarının öyrədilməsi metodikasında (Bakı-2000) çap olunmuşdur.

Müəllifi olduğu  “Azərbaycanın ustad pəhləvanları”, “İdman və Olimpiya Oyunlarında İlham Əliyevin rolu”, “Azərbaycan idmanının dünəni və bu günü”, “Helsinkidən başlayan yol”, “Azərbaycanın Avropa, dünya çempionları və mükafatçıları” və başqa kitablar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən Dövlət Qulluğuna qəbul testlərində istifadə olunan ədəbiyyatların siyahısına salınmışdır.

Həyatı haqqında publisist şair Tabdıq Əlibəylinin müəllifliyi ilə «Yol gedənindir» (50) (2000), Tabdıq Əlibəyli və Etibar Quliyevin həmmüəllifliyi  ilə (60) “Nurlu insan”, Etibar Quliyevin müəllifliyi ilə “Dilqəm Quliyevin həyat fəlsəfəsi” adlı kitab yazılıb.

Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyi tərəfindən 10 qat «ilin ən yaxşı  tədqiqatçı jurnalisti» adına layiq görülmüşdür.

2018-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyi tərəfindən «İlin elm adamı” adına layiq görülmüşdür.

         Bədən tərbiyəsi və idmanda göstərdiyi fəaliyyətə görə Azərbaycan komsomolunun fəxri  fərmanı (1978), ÜİLKGİ MK-nın fəxri fərmanı və döş nişanı (1988), General Həzi Aslanov adına fəxri fərmanı (1995), Kamil sənətkar fəxri diplomu (1995), İnam və Şərəf diplomu (1996), Azərbaycan bayrağı mükafatı laureatı (1998), Nurlu qələm ustası (2000), «Qızıl qələm» media mükafatı laureatı (2003) və b. mükafatlara layiq görülmüşdür.

Dilqəm Quliyev hazırda  “XXI əsrin yirminci ilində Qarabağ müharibəsi”, “İkinci Qarabağ müharibəsinin şəhid idmançilari”,  İdman Akademiyasının “Şəhid idmançıları”,  “Qarabağın idman tarixi” və “Azərbaycanın qadın idmançıları”  adli kitablarını hazırlayır.

Milli vətənpərvərlik sahəsində xüsusi fəallıq göstərən Dilqəm müəllimə uğurlar arzulayırıq!

 

News and Events