Azerbaijan State Academy of Physical Education and Sport

Tələbəmizlə qürur duyuruq!

Hərbi vətənpərvərlik layihəsi olan “Vətən Sağ Olsun” layihəsində minlərlə gənc arasından 10 nəfər seçilərək yarışda iştirak hüququ qazanıb.

Yarışın əsas məqsədləri gənclər arasında hərbi vətənpərvərlik, Vətənə sədaqət, Vətəni qorumaq kimi müqəddəs hisslərin daha da gücləndirilməsi ilə yanaşı, gənclərin daha da mətin, mübariz və cəsarətli olması üçün stimul yaratmaqdır. 10 iştirakçıdan biri də İdman Akademiyasının Q119A1 qrup tələbəsi Ceyla Nağızadədir.

İdman Akademiyası kollektivi olaraq tələbəmizlə fəxr edir və gələcək işlərində uğurlar arzu edirik!

News and Events