Azerbaijan State Academy of Physical Education and Sport

ADBTİA Karyera Mərkəzi yeni dərs ilində onlayn xidmətinizdə olacaq

Dəyərli ADBTİA tələbələri,

Hər birinizi yeni dərs ilinin başlaması münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, qarşıya qoyulan məqsədlərə doğru yeni-yeni uğurlar arzulayırıq!

Ölkəmizdə koronavirus (COVID-19) səbəbindən karantin elan edilməsindən sonra ADBTİA Karyera Mərkəzi yeni dərs ilində onlayn xidmətinizdə olacaq.

Əziz tələbələr,

Bu müddət ərzində  mərkəzdə keçirilməsi nəzərdə tutulan  faydalı təlimlərdən ( karyera planlaması, fərdi konsultasiya, rezümelərin və CV-lərin hazırlanması, müsahibələrə hazırlıq, təcrübə proqramları, iş imkanları), şəxsi və peşəkar inkişaf yönümlü görüşlər, şirkətlərə səyahətlər, müxtəlif bacarıqların təkmilləşdirilməsi üçün hazırlanan workshoplardan və digər xidmətlərdən  onlayn istifadə edə bilərsiniz.

Karyera Mərkəzinin CV hazırlama və karyera planlama konsultasiya xidmətlərindən yararlanmaq üçün aşağıda göstərilən gün və saatlarda https://forms.gle/9K2wMtLrjHUNRS7GA  link vasitəsi ilə qeydiyyatdan keçmək mümkündür.

I –V  günlər

Saat: 09:00-18:00

ADBTİA  Karyera Mərkəzinin fəaliyyətlərindən daha çox tələbənin faydalanmasına şərait yaratmaq üçün tədbirlər barədə informasiyalar mərkəzin  facebook və  instagram  sosial şəbəkələrində də yayımlanması davam etdiriləcək.

Əziz tələbələr,

Şərtlər nə olursa olsun, fürsətləri maksimum dəyərləndirməklə yeni bilik və bacarıqlar qazanacağınıza, şəxsi inkişafınız naminə əzmlə çalışaraq uğurlarınızla bizləri sevindirəcəyinizə inanırıq.

ADBTİA Karyera Mərkəzi bir daha sizi  təbrik edir, müvəffəqiyyətlər diləyir.

News and Events