Azerbaijan State Academy of Physical Education and Sport

XX əsrdə Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır

 

XX ƏSRDƏ RESPUBLİKAMIZDA BƏDƏN TƏRBİYƏSİ VƏ  İDMANIN İNKİŞAFI XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR

(1969-2003)

 

Keçmiş SSRİ dövründə Azərbaycanın bədən tərbiyəsi və idman həyatını yalnız məyusluq mənbəyi adlandırmaq əda­lət­siz­lik olardı. Xüsusilə, 70-80-ci illərdə respublikada bu sahənin əhə­miyyətli maddi-texniki bazası yaradılıb. İmperiya meyarları mil­li komanda və idmançılarımızın beynəlxalq imicinin for­ma­laş­ma­sı prosesini iflic etsə də kütləvi bədən tərbiyəsi sahəsində mü­əy­yən irəliləyişlər şəksizdir. Bu heç də böyük əzmi, iradəsi, fitri is­te­da­dı ilə bütün baryerləri aşaraq, dünya idmanı tarixinə parlaq sə­hi­fə­lər yazan idmançılarımızın uğurlarının əhəmiyyətini azaltmır. Ötən onilliklərdə dövlətimiz bu sahəyə əsaslı vəsait yönəltmişdir. Hər rayonun, şəhərin, qəsəbənin, kəndin, məhəllənin, məktəbin, mü­əssisənin, idman qurğularının mövcudluğu, onların bu gün də əsas idman bazası funksiyasını yerinə yetirməsi faktdır. Belə ki, sta­tistik məlumatlara əsasən, hazırda respublikamızda 670 idman qur­ğusu və bədən tərbiyəsi sağlamlıq mərkəzi fəaliyyət göstərir.

Nazirlər Sovetinin 28 noyabr 1969-cu il tarixli nümunəvi ni­zam­­naməsi respublikanın rayonlarında bədən tərbiyəsi və idmanın in­­kişafına yeni impuls verdi. Həmin nizamnamədə deyilir: gənc­lə­rin mə­dəni-məişət şəraitini yaxşılaşadırmaq üçün təşkilatlar təd­bir­lər gö­rür, onların amillərinin sağlamlığının möhkəmləndirilməsi və fi­zi­ki tərbiyəsinin gündəlik qayğısına qalır.

1970-ci ildən sonra bədən tərbiyəsi mütəxəssislərinin də sayı art­mış­dı. Təkcə Bakı Bədən Tərbiyəsi Texnikumu üç buraxılışda (1971, 1972 və 1973-cü illər) 708 bədən tərbiyəsi işçisinə həyat təyinatı ver­di. Azərbaycan DBTİ 1966-1974-cü illər ərzində 1.743 nəfər mü­təxəssis buraxmışdır.

1974-cü ildə məktəbdə bədən tərbiyəsi dərslərinə (VI-X siniflərdə) 937 min­dən çox şagird gəlirdi, 3152 bədən tərbiyəsi kollektivi ya­ra­dıl­mış­dı. Həmin ildə 706,8 min şagird ƏMH kompleksinin nor­ma­la­rı­nı vermiş, 208 min nəfər nişan almışdır ki, onlardan da 14 mini qı­zıl idi.

1975-1976-cı tədris ilində respublikanın məktəblərində 35 ix­ti­saslaşdırılmış sinif açılmışdı, onların fəaliyyəti həmişə xalq ma­a­rif şö’bələrinin və rayon idman komitələrinin nəzarəti altında ol­muş­dur. Bədən tərbiyəsi kollektivlərinin sayı çoxalmışdı. Lakin mək­təblilər arasında bədən tərbiyəsi və idman işləri günün tə­ləb­lə­ri­nə cavab vermirdi, məktəblərdə bədən tərbiyəsi və idmanın mad­di-tex­niki bazaları kifayət qədər deyildi. 1975-ci il­də 9-cu beşilliyin yekun ilində bədən tərbiyəsi kollektivlərinin sayı 6068 olmuş, bədən tərbiyəçilərinin sayı isə 929 min nəfərə çatmış, 224,1 min dərəcəli idmançı hazırlanmışdı ki, onlardan SSRİ idman us­tası 164, idman ustalığına namizədlər 400, birinci dərəcəli id­man­çılar 2,7 min nəfər idi. 9-cu beşillikdə Azərbaycan SSR-də id­ma­nın maddi-texniki bazası, ümumiyyətlə, yaxşılaşmışdı.

Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyev çdemişdir: «Demək la­zımdır ki, idmanın və bədən tərbiyəsinin maddi bazasını möh­kəm­lətmək böyük və mürəkkəb bir məsələdir… Bədən Tərbiyəsi və İd­man Komitəsi, Dövlət Plan Komitəsi, AHİŞ komsomolun Mər­kə­zi Komitəsi, müvafiq nazirliklər və baş idarələr yaxın iki-üç ildə id­manımızın maddi bazasını genişləndirmək və möhkəmlətmək üçün Bakıda, Gəncədə, Sumqayıtdakı idman qurğularını ən yük­sək tələblərə uyğun olan vəziyyətə gətirmək üçün hər cür tədbir gör­məlidirlər.

1978-ci ilin iyun ayında yaşayış yerlərində kütləvi bədən tər­bi­yəsi və idman işinin ən yaxşı təşkili uğrunda Ümumittifaq baxış-mü­sabiqəsinin keçirilməsi üzrə təşkilat komitəsinin Moskvada ic­la­sı olmuşdur. İclasda «Əhalinin yaşadığı yerlərdə bədən tərbyəsi və id­manın daha da inkişaf etdirilməsi tədbirləri haqqında» ÜİHİMŞ, ÜİLGGİ MK SSRİ İdman Komitəsi və SSRİ OADKYC MK qə­ra­rının Azərbaycan SSR-də yerinə yetirilməsinin gedişi haqqında mə­sələ dinlənilmişdir.

Azərbaycan bədən tərbiyəsi hərəkatının maddi-texniki ba­za­sı xeyli möhkəmlənmişdir. Təkcə 1977-1978-ci illərdə respublikada 8 stadion, 130 salon, 127 futbol meydançası, 27 tir istifadəyə veril­miş­dir. İdman sarayı, əl oyunları stadionu, yüngül atletika maneji, üz­güçülük hovuzu kimi müasir tələblərə cavab verən iri idman ob­yekt­lərinin inşası davam etdirilir.

1979-cu ildə təkcə respublikada Ali və Orta İxtisas Təhsil Na­zirliyinin orta ixtisas təhsili ocaqlarında bədən tərbiyəsi və id­man­la 32 min nəfər məşğul olmuşdur, həmin il 7 min nəfərdən çox ƏMH nişançısı hazırlanmış, özü də onlardan 676 nəfəri kom­plek­sin normalarını qızıl nişan səviyyəsində yerinə yetirmişdir. Bundan baş­qa 5.600 nəfər kütləvi dərəcəli idmançı hazırlanmış, 17 min nə­fər­dən çox adam müxtəlif idman bölmələrində müntəzəm surətdə məş­ğul olmuşdur.

«Klublardan və idman qurğularından istifadə olunmasını yax­şılaşdırmaq tədbirləri haqqında» Prezident Heydər Əliyevin fər­manından sonra ölkəmizdə sağlam həyat tərzinin bərqərar edil­mə­si naminə böyük işlər görülməsinə başlanmışdır.

Yaranmış vəziyyətlə əlaqədar respublikanın böyük bir əra­zi­sin­də 300-ə yaxın idman qurğusu, stadionlar işğalçı erməni qul­dur­la­rının əlinə keçmiş, onlar tərəfindən dağıldılmışdır.

Ali təhsil ocaqlarının bədən tərbiyəsi və idman kafed­ra­ların­da müəllimlərin və laborantların sayı nisbətən artmışdır. 1980-ci il­də respublikanın ali məktəblərində 265 bədən tərbiyəsi müəlliminin ixtisasını artırmaq sistemi xeyli təkmilləşmişdir. Azərbaycan Döv­lət Universitetinin nəzdindəki müəllimlərin ixtisasını artırmaq fa­kul­təsində 1978—79-cu dərs ili ərzində ali məktəblərin 42 müəllimi öz ixtisasını artırmışdır.

1993-cü ilin 15 iyununda xalqın çağrışına səs verərək ikinci dəfə hakimiyyətə qayıdan xalqımızın ümummilli lideri Heydər Əliyevin xususi diqqəti və qayğısı sayəsində başqa sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də ciddi dönüş yaradıldı.

Azərbaycan Prezidenti Heydər Əliyev sə­hiyyə işçiləri ilə görüşündə demişdir: « Hər bir adam üçün, elə cə­miy­yət üçün də cansağlığından böyük sərvət yoxdur. Adamların can­sağlığının mühafizəsi və möhkəmləndirilməsi birinci əhəmiyyəti olan işdir». Xalqın cansağlığı ölkənin sərvətidir. Heydər Əliyev Azər­baycan gənclərinin sağlamlığını «dövlət əmlakı» adlandırır və ona görə Azərbaycan dövləti insanların sağlamlığının keşiyində da­yanır, adamların cansağlığının möhkəmləndirilməsini birinci də­rə­cəli vacib məsələ sayır.

«Biz bu gün müstəqil dövlətimizi qurarkən gə­ləcək nə­sil­lə­ri­miz barədə düşünməliyik. Bizdən sonra gələn nə­sil­lər fiziki cəhət­dən daha da möhkəm, əqli cəhətdən daha da sağlam ol­sunlar. Biz bu­na nail olmaq üçün idmana, bədən tərbiyəsinə çox cid­di fikir ver­məliyik. Hesab edirəm ki, bu sahədə çox işlər görməliyik, bir çox tədbirləri həyata keçirməliyik».

Təəssüf ki, idman üçün, bədən tərbiyəsi üçün keçmişdə ya­ra­dıl­mış böyük maddi-texniki bazanın əksəriyyəti dağıdılıbdır. Bizim xal­­qımıza ayrı-ayrı adamlar nə qədər xəyanət ediblər. Bakıda vaxtı ilə respublika stadionu tikilib. O xalqımıza xidmət edib. Amma iki ilin içərisində bəzi rəhbər vəzifəli şəxslərin məsuliyyyətisizliyi nə­ti­cə­sində bu stadion bərbad vəziyyətdədir. Biz orada futbol yarışları ke­çirə bilmirik.

Bilirsinizmi, tikmək, qurmaq çətindir. Amma dağıtmaq üçün elə böyük cürət lazım deyildi. Fürsət düşən kimi dərhal dağıdırlar. Mə­nim xatirimdədir; həmin o stadionun tikilməsinə hələ Böyük Və­tən müharibəsindən əvvəl başlanmışdı. 1941-ci ildə Vətən mü­ha­ri­bəsi başlayanda bütün tikililər, o cümlədən bizim stadionun ti­kin­tisi də dayandırıldı. Müharibə qurtarandan sonra o stadionun ti­kintisinə yenidən başlandı. Bunların hamısı mənim yadımdadır. 1952-ci ildə o stadionun təntənəli açılışı oldu. Mən həmin təntənəli mə­rasimdə iştirak edən şəxslərdən biriyəm.

Biz o gün nə qədər böyük iftixar hissi ilə sevinirdik ki, nə­ha­yət, bizim Bakıda da belə gözəl, nəhəng, o vaxt üçün çox əzəmətli id­man stadionu yaradılıb. Elə sonrakı illərdə də bu qurğulardan hə­mişə səmərəli istifadə olunub. Stadion 40 min yerlik olsa da, fut­bol yarışları zamanı oraya 60 mindən çox adam yığışırdı. Mən bun­ların hamısının iştirakçısıyam. O yarışlarda sonrakı dövrlərdə də olmuşam».

Bilirsiniz, iki il öncə idi, burada beynəlxalq futbol yarışı ke­çi­rilməliydi. Dedilər ki, Bakı stadionunda keçirmək olmaz, Sum­qa­yıtda keçirmək lazımdır. Mən çox narahat oldum, nə cür ola bi­lər ki, Bakı kimi böyük bir şəhərdə futbol yarışı keçirmək mümkün ol­­masın? Müəyyən tədbirlər görüldü. Azərbaycan futbol ko­man­da­sı Bolqarıstan komandası ilə görüşdü. Bu 1988-ci ildən indiyə qə­dər Bakı stadionunda ilk futbol yarışı idi.

Siz gəncsiniz, bəlkə də bunları xatırlaya bilmirsiniz. Amma Ba­kı stadionunda keçirilmiş futbol yarışları bizim nəslin ya­dın­da­dır. Stadion tamamilə dolu olurdu. Tamaşaçılar orada həm idman ya­rışına baxırdılar, həm də istirahət edirdilər. Bunlar böyük ha­di­sə­lər və respublikamızda çox gözəl bir ən’ənə idi. Stadionun bərpa olun­ması bir daha onu göstərir ki, biz yaxşı, də’yərli ən’ənələrimizi bər­pa edə bilərik və etməliyik.

Tələb edirəm ki, bu tədbirlər axıra çatdırılsın, idmanın və bə­dən tərbiyəsinin maddi-texniki bazası bundan sonra daha da möh­kəmləndirilsin, inkişaf etdirilsin, respublikamızda həm gənc­lər, həm də bütün əhali idmana və bədən tərbiyəsinə cəlb oluna bilsin.

Xatirimdədir, «Gənclik» kompleksinin əsası 60-cı illərdə qo­yul­muşdur. 70-80-ci illərdə biz buraya çox vəsait qoyduq. Burada, Azər­baycanın ən gözəl guşələrindən biri olan Xəzər dənizinin sa­hi­lin­də – Abşeronda, Bakıda, Zuğulbada gözəl «Gənclik» kompleksi ya­randı. Mən çox məmnunam ki, bir neçə illik fasilədən sonra ye­ni­dən bu kompleksdəyəm. Bura mənim üçün doğma yerdir. Bu kom­pleksin yaranması və inkişaf etməsi üçün mən çox zəhmət çək­mi­şəm, çox işlər görmüşəm.

Respublikamızın indiki ke­çid dövründə Azərbaycan gənclərinin qarşılaşdığı çətinliklər şüb­hə­siz mövcuddur. 80-ci illərin ortalarından etibarən Respublikada gənc­lərin taleyinə laqeyd münasibət göstərilməsi nəticəsində gənc nə­sil çox kəskin problemlərlə üz-üzə qalmışdı. Hətta gənclərin prob­lemlərinin həlli ilə konkret məşğul olan dövlət qurumu da yox idi. Məhz Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fər­manına əsasən 1994-cü ildə Respublika Gənclər və İdman Na­zir­liyinin yaradılması mühüm hadisə kimi qiymətləndirildi. 1994-cü ili respublikamızın idman həyatında dönüş ili adlandırmaq olar. De­mə­liyik ki, məhz həmin ildən müstəqil Azərbaycan dövləti rəs­mən idmana və bədən tərbiyəsinə sahib çıxdığını bəyan etmiş, bu sa­hənin dövlət siyasətində önəmli yer tutduğunu sübuta ye­tir­miş­dir. Müstəqil respublikamızda gənclərin problemlərini aradan qal­dır­maq məqsədi ilə möhtərəm Prezidentimizin sərəncamına əsasən 2 fevral 1996-cı ildə Respublika sarayında müstəqil Azərbaycan gənc­lərinin I forumu keçirilmişdir. Heydər Əliyev gənclərin prob­lem­lərinə toxunarkən idmanın və bədən tərbiyəsinin indiki və­ziy­yə­ti haqqında öz fikir və mülahizələrini söylədi və bu sahədə öz qay­ğısını dəfələrlə vurğuladı.

Ölkə Prezidentinin fərmanı ilə 1995-ci ildə Azərbaycanda id­man fondu yaradıldı. İdmanın inkişafı üçün Prezident fondundan və­sait ayrıldı.

Respublika çempionatında 3200 nəfər, birinciliyində 3500 və Respublika kubokunda 510 idmançı iştirak etmişdir. Bundan əla­və, Azərbaycandan kənarda beynəlxalq turnirlərdə ötən il 1124 id­mançı təmsil olunub. 1957-ci ildə 52 qızıl, 45 gümüş və 37 bürünc me­dal qazanılmışdır.

38 dünya çempionatı, birinciliyi və kubok yarışında 264 nə­fər, 27 Avropa çempionatı, birinciliyi və kubok yarışında 214 nə­fər, 61 bey­nəlxalq turnirdə isə 646 idmançı və məşqçilərimiz iş­ti­rak et­miş­dir.

Məhz Prezidentin göstərişi sayəsində Tofiq Bəhramov adına Res­publika stadionuna dövlət büdcəsindən 600 milyon manat ay­rıl­mış, təmir və bərpa edilərək beynəlxalq standartlara uy­ğun­laş­dı­rıl­mış, Zuğulbadakı «Gənclik» beynəlxalq turizm mərkəzi na­zir­li­yin sərəncamına verilmişdir. Möhtərəm Prezidentimiz Heydər Əli­ye­vin rəhbərliyi ilə vaxtilə yaradılmış dünya standartlarına cavab ve­rən Mingəçevir avarçəkmə bazasının yenidən idmançıların ixtiyarına verilməsi üçün la­zı­mi işlər görülür.

14 avqust 1996-cı ildə Milli Olimpiya Komitəsinin üzvləri ilə gö­rüşdə Prezidentimiz Heydər Əliyev demişdir ki, «Şəxsən mən söz ver­mişəm və indi də təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzə­rimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edə­cəksiniz».

30 iyun 1999-cu il tarixdə Bakının Qaradağ rayonunun Lök­ba­tan qəsəbəsində idmançılar üçün inşa olunmuş Olimpiya Kom­plek­si ilk binasının açılışında iştirak etmişdir.

Azərbaycan Respublikasında idmanla bağlı beynəlxalq əla­qə­lərə də xüsusi diqqət yetirilir. Məlum həqiqətdir ki, ölkə Pre­zi­den­ti Heydər Əliyev 19 aprel 1994-cü ildə Beynəlxalq Olimpiya Ko­mitəsinin /BOK/ Prezidenti Xuan Antonio Samarançı, 23 de­kabr 1995-ci ildə Beynəlxalq Boks Federasiyasının Prezidenti Ən­vər Çoudrini, 10 fevral 1998-ci ildə isə öz iqamətgahında Tür­ki­yə­nin Ədirnə şəhərinin bələdiyyə başçısı Hamdi Sədəfçini və Ədir­nə­nin tarixi Kırkpınar ağası Hüseyn Şaini qəbul etmişdir.

Ölkə Prezidenti Heydər Əliyevin bədən tərbiyəsi və idmana qay­ğısı nəticəsində 5 mart 1995-ci il tarixli fərmanına əsasən Azər­bay­can idmanının inkişafında xidmətlərinə və beynəlxalq ya­rış­lar­da yüksək nailiyyətlərinə görə 14 idmançımız və məşqçimiz orden və medallarla təltif edilmişdir. Fevral 1998-ci il fərmanına əsasən Mux­tar Dadaşov «Şöhrət» Ordeni ilə təltif edilmişdir.

1999-cu ildə Azərbaycanın idman tarixində ilk dəfə olaraq öl­kəmizdə yeniyetmələr arasında boks üzrə Avropa çempionatı ke­çi­rilmişdir. Bizim idmançılarımız o yarışlarda yüksək nəticələr əldə et­mişlər.

Milli Təhlükəsizlik Nazirliyinin idman-sağlamlıq kom­plek­si­nin açılış mərasimində Azərbaycan Prezidenti, Ali Baş Ko­man­dan Heydər Əliyev çıxışında bildirmişdir:

«Tikmək, yaratmaq, qurmaq, abadlaşdırmaq həmişə cə­miy­yətdə, xalqda böyük minnətdarlıq hissi doğurmuşdur. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır.  O vaxt bizim belə çarhovuzumuz, belə imkanlarımız da yox idi. Yenə də deyirəm, «Dinamo»nun bir zalında hamımız yığı­şır­dıq, kim ora düşə bilmirdisə ətrafda – bulvarda qaçırdı. Yaxud da, bi­zim orada bədən tərbiyəsi təlimatçımız vardı, o bizi dəstə ilə dü­zür­dü, gimnastika üzrə ayrı-ayrı təmrinləri yerinə yetirməyimizə rəh­bərlik edirdi. Ona görə də o vaxt biz bu çətinliklər içərisində ya­şa­mışıq, gərgin işləmişik. Amma indi isə müstəqil Azərbaycanda si­zin çox gözəl imkanlar yaranıb».

         Ymumiyyətlə, 1993-2003-cü illərdə Azərbaycan idmançıları 1379 medal qazanmışlar.(O cümlədən 479 qızıl, 376  gümüş, 524 bürünc).    

Bu dövr ərzində Xalqımızın ümummilli lideri  Heydər Əliyevin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində beş dəfə Olimpiya Oyunlarında iştirak edən idmançılarımıza xeyir dua verərək yola salmışdır  (XX-Yay Olimpiya Oyunları,1972-Münhen), XXI-Yay Olimpiya Oyunları, 1976- Monreal), XXII-Yay Olimpiya Oyunları, 1980-Moskva), XXVI- Yay Olimpiya Oyunları, 1996-Atlanta, XXVII Yay Olimpiya Oyunları, 2000-Sidney). Həmin Olimpiya Oyunlarında   olimpiyaçılarımız 6 qızıl 6 gümüş və 2 bürünc medal qazanmışlar.

       Ümumiyyətlə,  XX əsrdə Azərbaycan idmanına göstərilən diqqət və qayğı, Respublikanın demək olar ki, bütün idman qurğularının tikilməsi, Respublikamızda idmanın geniş vüsətlə inkişafı - Azərbaycanın dahi lideri Heydər  Əliyevin adı ilə bağlıdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev kimi böyük şəxsiyyətlərin fəaliyyətinin araşdırılması illər, bəlkə də onilliklər tələb edir, amma əlbəttə ki, hamını eyni dərəcədə xəbərdar  olduğu çox adi bir həqiqət də var. Liderimiz Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi misilsiz bir şəxsiyyət idi və hamı onun nə dərəcədə qiymətli olduğunu çox gözəl bilirdi.

Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı habelə, bütün idman növləri üzrə müstəqilliyimiz dövründə qazanılmış medalların sayının ilbəil artması xalqımızın ümummilli lideri Heydər Əliyevin davamçısı Prezident İlham Əliyev cənablarının bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.

 

DİLQƏM QULİYEV,

pedaqogika üzrə  elmlər doktoru, professor

News and Events