Azerbaijan State Academy of Physical Education and Sport

ADBTİA-nın müəllimi dünyanın ən yaxşıları arasında birinci yerə layiq görülüb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi Dünyanın ən yaxşıları arasında birinci yerə layiq görülərək böyük uğurla tezliklə vətənə qayıdır. Belə ki, Akademiyanın atletika idman növü üzrə müəllimi Hakim İbrahimov dünyada atletika idman növünün inkişafı üzrə ixtisaslaşan yeganə kurs olan “Internationalen DLV-Trainerakademie” kursunu uğurla başa vurub. Qeyd edək ki, kurs Almaniyanın Xarici İşlər Nazirliyi, Almaniya Atletika Federasiyası və Johannes Gutenberg Universitetinin təşkilatçılığı ilə həyata keçirilir. Hər il dünyanın müxtəlif ölkələrindən 200-250 müraciətin göndərildiyi kursa sonda yalnız 12 nəfər seçilir. Onlardan biri də Hakim İbrahimovdur.

        Qeyd edək ki, bu kurs 14 ay müddətində təşkil edilir. İlk 4 ay intensiv alman dili tədris olunur, ardınca isə Trainingswissenschaft yəni elmi təlim mərhələsi başlayır. Bu müddətdə atletikanın bütün növləri üzrə Praktiki və nəzəri dərslər keçirilir. Həmçinin güc məşqi, tibb, psixologiya, uşaq atletikası, menecment, massaj, reabilitasiya, ilk yardım, hakimlik, nutrisiologiya kimi fənlər tədbiq edilir. Kursun sonunda isə alman dili ilə birgə 9 imtahan keçirilir. Hakim İbrahimov bu imtahan nəticələrinə görə kursun ən yaxşısı seçilib. Atletika müəllimi Internationalen DLV-Trainerakademie diplomu, Alman dili diplomu ve Beynalxalq Atletika federasiyasinin diplomuna layiq görülüb.

News and Events