Azerbaijan State Academy of Physical Education and Sport

KULTUROLOGİYA VƏ AZƏRBAYCANIN DAVAMLI İNKİŞAFI

14 noyabr 2019-cu il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Kultorologiya və Azərbaycanın davamlı inkişafı” mövzusunda görüş keçirildi. Görüşün qonaqları Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı - Fuad Məmmədov və  Akademik Milli Dram Teatrının aktyoru, xalq  artisti Nürəddin Mehdixanlı olmuşdur.

ADBTİA professor-müəllim heyəti və 200 tələbənin iştirak etdiyi görüşün məqsədi tələbələrə kulturologiya elminin əsaslarının aşılanması və bu mövzuda onlarla müzakirə aparmaqdır.

News and Events