Azerbaijan State Academy of Physical Education and Sport

"British Council Azerbaijan" nümayəndələri ADBTİA-nın qonaqları oldu

13 Mart 2019-cu il tarixində Azərbaycanda fəaliyyət göstərən “British Council” ofisinin direktoru Summer Xianın rəhbərliyi altında nümayəndə qrupu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qonaqları oldu.

Görüş zamanı ali təhsil ocağı və British Council arasında olan birgə əməkdaşlıq haqqında mövzular, eləcə də Akademiyada ingilis dilində tədris olunan və  beynəlxalq standartlara cavab verən MDB ölkələrində yalnız İdman Akademiyasında məhz həkim və həkim-rezidentlər üçün nəzərdə tutulan yeni “İdman Tibbi və Reabilitasiya”, eləcədə “İdman Jurnalistikası” və “İdman Menecmenti” magistr proqramları haqqında müzakirələr edildi.

Daha sonra qonaqlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəzdində fəaliyyət göstərən elmi-tədris laboratoriyası və multimedia mərkəzini ziyarət etdilər.

News and Events