Azerbaijan State Academy of Physical Education and Sport

ADBTİA-da Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilmişdir

11 dekabr 2018-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, millət vekilləri, Olimpiya və dünya çempionları, müəllim və tələbə heyətinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsi anılmışdır.

Anım tərbirinin əsas məqsədi müstəqil Azərbaycanın banisi olan dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri və görkəmli nailiyyətləri haqqında gənc nəsli məlumatlandırmaq, ümummilli liderin əziz xatirəsini yad etməkdir. Bu məqsədlə tədbir zamanı ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film izlənilmiş, daha sonra isə Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbin tələbələri tərəfindən Ümummilli Liderin sevimli mahnıları ifa olunmuşdur.

Tədbirdə iştirak edən dövlət rəsmiləri xüsusi olaraq qeyd etdilər ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə həm idmana, həm təhsilə münasibət kökündən dəyişmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahat yönümlü dövlət təhsil siyasətinin əsas məqsədi ölkənin malik olduğu təbii sərvətlərin insan kapitalına çevrilməsi olmuşdur.

News and Events