Azerbaijan State Academy of Physical Education and Sport

Nə?Harada?Nə zaman? intellektual oyununun qalibləri

Bakı Humanitar Kollecinində Tələbə Gənclər Təşkilatının Təşkilatçılığı, Bakı şəhər Gənclər və İdman baş idarəsinin və Nərimanov Rayon Gənclər və İdman idarəsinin dəstəyi sayəsində 9 noyabr "Bayraq Günü " münasibəti ilə ali və orta ixtisas müəssisələri arasında nə?harada?nə zaman? intellektual oyunu baş tutdu.
Yarışın açılışını Bakı Humanitar kollecinin Tələbə gənclər təşkilatinin sədri Şəfiqə Hənifəyeva edərək qonaqları və yarış istirakçılarını salamladı, yuxarıda adları çəkilən idarələrə və kollecin direktoru Vaqif Əmiraslanova təşəkkürünü bildirdi və günün önəm və mahiyyətindən bəhs edərək hərkəsi qarşıdan gələn " Bayraq Günü "nün 100 illik yubileyi münasibəti ilə təbrik etdi və komandalara uğurlar arzuladı.
3 mərhələ davam edən yarışda fasilələr zamanı qonaqların çıxışları dinlənildi. İlk olaraq Nərmanov Rayon Gənclər və İdman idarəsinin nümayəndəsi Teymur Musatafayev, daha sonra final ballarının açıqlanmazdan öncə Bakı Humanitar Kollecinin tədris işləri üzrə direktor müavini Rasim Rzaxanov çıxış edərək üç rəngli bayrağımızın tarixi, azad bir xalqın üçün bayrağın əhəmiyyəti, aliliyi, və müqəddəsliyini vurğuladı.
Nəticədə 6 ali orta istisas muəssisələri arasında baş tutan oyunda, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının komandasi 1-ci yer, Bakı Humanitar Kollecinin komandası 2-ci yer, Azərbaycan Universitetinin komandası 3-cü yeri tutdular.

News and Events