Azerbaijan State Academy of Physical Education and Sport

ADBTİA KARYERA MƏRKƏZİ KÖNÜLLÜSÜ

Əziz tələbələr,

Çox yaxın zamanda Akademiyamızda ADBTİA Karyera Mərkəzi fəaliyyətə başlayacaq. Mərkəzin əsas məqsədi  tələbələrimizin bilik və bacarıqlarının inkişaf etdirmək üçün imkanlar yaratmaq, karyera planlamasında dəstək olmaq və əmək bazarında istədikləri yerlərə çatmaq üçün vasitəçi olmaqdır.

Bu məqsədlərə çatmaq üçün bizə Sizlər lazımsınız, hörmətli tələbələrimiz! Bizim komandaya könüllü olaraq qoşularaq Siz müxtəlif təlimlərdə iştirak edərək və xidmətlərimizdən istifadə edərək fərdi inkişafınıza nail olacaq və asudə vaxtınızın səmərəli keçirmək üçün çoxlu imkanlar əldə edəcəksiniz!

Karyera Mərkəzi Könüllü üçün bu imkanı yaradır:

  • Peşəkar və uğurlu komandanın bir parçası olmaq;
  • İntellektual, əyləncəli  və aktiv dostlar;
  • Şəxsi inkişaf və təcrübə;
  • Komandada işləmək bacarığı;
  • Uğurlu karyera imkanı;
  • Müxtəlif istiqamətlərdə təşkil olunan təlimlərdə iştirak;
  • Könüllü fəaliyyətini təsdiq edən müqavilə.

Öyrən və öyrət!

Qeydiyyat üçün: careercenter@sport.edu.az  emailinə öz məlumatınızı göndərin

Əlavə sual olsa (050) 209-29-93

Müraciət üçün son tarix: 5 noyabr 2018

News and Events