Azerbaijan State Academy of Physical Education and Sport

2018 – 2019 tədris ilinin 1-ci kurs tələbələrin nəzərinə

2018 – 2019 tədris ilinin 1-ci kurs tələbələrin nəzərinə!

Əziz 1-ci kurs tələbələri, ilk olaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası sizin hər birinizi Azərbaycan Respublikasının Ali Təhsil Ocaqlarına qəbul olduğunuz üçün səmimi qəlbdən təbrik edir və yeni tələbə həyatında uğurlar arzu edir.

Ümid edirik, tədris aldığınız illər ərzində oxuduğunuz ali təhsil ocağı Sizə doğma, gələcək uğurlarınıza növbəti bir addım olacaq.

28.08.2018-ci il tarixinədək, Bakı ş., Fətəli xan Xoyski prospekti, 98 (Gənclik metro stansiyasının yaxınlığı) ünvanında yerləşən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Gimnastika zalına saat 09:00-dan saat 18:00-dək yaxınlaşıb, qeydiyyatdan keçmək üçün aşağıda göstərilən sənədləri gətirmək vacibdir:

1. Attestat (və ya diplom) – əsli

2. Sağlamlıq haqqında arayış (forma 086U) – əsli

3. Fotoşəkil – 6 ədəd  (3x4 sm ölçüdə)

4. Şəxsiyyət vəsiqəsinin surəti

5. Çağırışçı vərəqi və ya hərbi biletin surəti

News and Events