Azerbaijan State Academy of Physical Education and Sport

ADBTİA “Erasmus+” Proqramında uğurla iştirak edir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Çexiyanın Brno şəhərində yerləşən qədim təhsil ocaqlarından biri olan Masarikov Universiteti arasında imzalanmış və 2017-2019-cu illəri əhatə edən Erasmus+ tələbə mübadiləsi Proqramı üzrə əməkdaşlıq müqaviləsi çərçivəsində Akademiyanın bu mübadilə proqramında iştirak etmək istəyən tələbələri arasında ilkin qiymətləndirmə (fən qiymətləri, ünsiyyət bacarıqları, ingilis dili bilikləri) məqsədilə seçim turları keçirilmişdir.

Müraciət edən tələbələr arasında 2-ci kursda təhsil alan Raciv Kərimli birinci seçilmiş və onun sənədləri ERASMUS+ tələbə mübadiləsi proqramında iştirak etmək üçün Masarikova universitetinə təqdim olunmuşdu və Raciv Kərimli Masarikova universiteti tərəfindən bu mübadilə proqramında iştirak etməyə layiq görülmüşdür. 

Mübadilə prosesi 2018-2019-cu tədris ilinin ilk 5 ayını əhatə edəcəkdir. Raciv orada İdmanda Sosiologiya, Futzal, İdmanda İnsan Resurslarının İdarə Edilməsi, Bədən Tərbiyəsi – Dırmanma, Açıq hava idman oyunları, Turizm və s. kimi fənlər üzrə təhsil alacaqdır.

Tələbəmiz mübadilə dövründə Erasmus+ Proqramı çərçivəsində aylıq təqaüdlə təmin olunacaqdır.

News and Events