Azerbaijan State Academy of Physical Education and Sport

ADBTİA-nın tələbələri Böyük Britaniyada səfərdədir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılan “İdman jurnalistikası” və “İdman menecmenti” magistr ixtisaslarının tələbələri Böyük Britaniyada səfərdədirlər. Təlim-təcrübə məqsədi daşıyan səfər çərçivəsində magistr tələbələri İngiltərənin bir neçə şəhərində olacaq.

Bundan əlavə səfər müddətində tələblərə partnyor universitet, Böyük Britaniyanın Şeffild Hallam Universitetində müvafiq ixtisaslar üzrə əsas modullardan biri intensiv şəkildə tədris olunacaq.

Məlumat üçün bildirək ki, hər iki ixtisasın yaradılmasında əsas məqsəd beynəlxalq idman əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanması və ölkədə günü-gündən inkişaf edən idman sahəsində tələb olunan ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsidir. Akademiya bu ixtisasların tədrisi üçün Böyük Britaniyanın bir sıra tanınmış ali təhsil ocaqları ilə əməkdaşlıq edir. Tədris prosesi beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən həyata keçirilir.

News and Events