Azerbaijan State Academy of Physical Education and Sport

Xidmətlərimiz

  • Akademiyanın tələbə və məzunlarına iş tapmaqda və təcrübə toplamaqda, karyera inkişafında və seçimində yardım göstərir;
  • Tələbələrin iş təcrübəsi yerlərinin müəyyənləşdirilməsi, məzunların işlə təmin edilməsi məqsədi ilə özəl və dövlət qurumları ilə əməkdaşlığın qurulmasını, tələbələrin  ixtisasları üzrə dövlət və özəl müəssisələrdə təcrübə keçmələrini və işlə təmin olunmasını təmin edir;
  • Karyera planlamasının vacibliyini tələbələrə aşılayır və bu mövzularda onlara fərdi şəkildə köməklik göstərir;
  • İş və sosial həyatda daha da uğurlu olmaq üçün tələbə və məzunlara müvafiq konsaltinq (məsləhət görüşləri) keçirilir;
  • Yerli və beynəlxalq müəssisələrin təşkil etdiyi təqaüd proqramları haqqında tələbələri məlumatlandırır və bu proqramlarda iştirakını təmin edir;
  • Şəxsi və peşəkar inkişaf sahələrində uğur qazanmış şəxslərlə görüşlər təşkil edir;
  • İş dünyasının tələb etdiyi bacarıq və bilgilərə yiyələnmək üçün praktik seminar və təlimlər təşkil edir;
  • CV, rezume və motivasiya məktublarının yazılmasına dair seminarlar, müsahibə və praktik məşğələlər, karyera seçimində məsləhət, liderlik və sahibkarlıq mövzusunda geniş tədbirlər, əmək yarmarkaları  təşkil edir və işgüzar görüşlər təklif edir;
  • Fəaliyyət sahələri üst-üstə düşən tələbə klubları ilə ortaq proqramların təşkilini, İş Dünyasının (ayrı-ayrı şirkət və ya müəssisələrin) maraqlarını əks etdirən müxtəlif təyinatlı (elmi, idman, sosial, iqtisadi, mədəniyyət və s. xarakterli) proqramların tələbə klubları ilə ortaq keçirilməsini təmin edir;
  • Fərdi olaraq hər bir tələbənin karyera planını qurma qaydaları haqqında tələbələri məlumatlandırır. Tələbələrin suallarına cavab verildikdən sonra onlara ayrılıqda öz karyeralarını necə qurmaları haqqında məsləhətlər verilir;
  • Karyera sərgilərini təşkil edir və müvafiq şirkətlərin o sərgilərdə iştirakını təmin edir;
  • Məzun-məzun və məzun-universitet arasındakı əlaqələrin qorunub saxlanılmasını və inkişaf etdirilməsini sosial, mədəni və idman fəaliyyətlərinin dəstəyi ilə həyata keçirir;
  • Məzunları iş imkanları ilə təmin etmək məqsədi ilə şirkətlərlə məzunlar arasında əlaqələr qurur və bu istiqamətdə bir sıra fəaliyyətlər həyata keçirir;
  • İş təcrübəsi olmayan məzunlar üçün müvafiq təcrübə yerlərinin tapılmasını həyata keçirir;
  • Məzunlar və tələbələr haqqında statistik məlumat bazası yaradır və rezyume bazası hazırlayır.