Azerbaijan State Academy of Physical Education and Sport

Who to contact when help needed?

Ali təhsil müəssisələrində tələbələrin akademik maraqlarını qoruyan akademik məsləhətçilər – tyutorlar fəaliyyət göstərir. Siz də hər bir mövzuda sualınız olduqda öncədən sizə təqdim olunmuş tyutorunuza yaxınlaşa bilərsiniz.

Tyutorlar:

-  tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyur;

- tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər;

- tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər verirlər;

- müəyyən olunmuş müddətdə tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edirlər və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində iştirak edirlər;

-  tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər;

-  yay semestrinin təşkilində iştirak edirlər.

Bununla yanaşı təklifiniz, iradınız, suallarınız olduqda fakültə dekanlıqlarına, Tədris hissəsinə yaxınlaşa bilərsiniz.