Azerbaijan State Academy of Physical Education and Sport

Can I get an academic scholarship?

• Tələbələr ali təhsil müəssisəsinə dövlət sifarişi ilə qəbul olduqda 1-ci kursun ilk semestrində təqaüd alırlar. Dövlət sifarişi ilə qəbul olunan, 600 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir. V ixtisas qrupu üzrə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunmuş maksimal balın 85 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digərlərinə isə “adi” təqaüd verilir. Növbəti semestrdən dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, əyani formada təhsil alan tələbələrə təqaüd onların Ümumi Orta Müvəffəqiyyət Göstəricilərinə (ÜOMG) görə verilir.

• ÜOMG tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir.

• ÜOMG tələbənin fənlər üzrə topladığı balların həmin fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin fərdi tədris planında həmin semestrdə tədris olunan fənlərə görə nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdirilir.

• Təqaüd alma hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin ilk semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:

• Fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə “əlaçı” (156 AZN) təqaüdü verilir.

• Fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüd (132 AZN) verilir. Bu halda ən azı bir fəndən akademik göstərici 91-100 bal olmalıdır.

• Fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə “adi” (90 AZN) təqaüd verilir.

Daha ətraflı: https://e-qanun.az/framework/32086