Azerbaijan State Academy of Physical Education and Sport

Why ASAPES?

İdman sahəsində liderlik bacarıqlarınızı nümayiş etdirmək istəyirsiniz?

İdmana sevginizi gələcək peşənizə çevirməyi arzulayırsınız?

Əgər bu suallara cavabınız müsbətdirsə, o zaman Sizi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil almağa dəvət edirik!

Akademiya Bakı şəhərində yerləşir, beynəlxalq idman əmək bazarında rəqabətqabiliyyətli bədən tərbiyəsi və çağırışaqədər hazırlıq müəllimləri, məşqçilər, idman menecerləri, idman jurnalistləri, idman tibbi və reabilitasiya üzrə mütəxəssislər hazırlayır.

Akademiyanın professor-müəllim heyəti aparıcı yerli və beynəlxalq ekspertlər, dövlət, biznes və beynəlxalq idman təşkilatlarının nümayəndələridir.

Akademiya tələbələrə keyfiyyətli, innovativ və ən müasir elmi biliklərin tədrisi ilə yanaşı, son illərdə qlobal idman yarışlarının mərkəzinə çevrilmiş Azərbaycanda baş tutan  Birinci Avropa  Oyunları, “Formula-1 Azərbaycan Qran Prisi”, Dördüncü İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası kimi böyük idman yarışlarının bir hissəsinə çevrilmək,  təcrübə qazanmaq imkanları yaradıb. Bizə qoşularaq, uğurla inkişaf edən beynəlxalq idman hərəkatının bir hissəsi olmaq şansı əldə edin!