Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbə Gənclər Təşkilatı (TGT)

ADBTİA Tələbə Gənclər Təşkilatı (TGT) 30 may 2005-ci ildə təsis edilmişdir. Bu, tələbələrin özlərini idarəetmə orqanı, tələbələrin fərdi və professional inkişafı üçün müxtəlif imkanlar yaradan bir platformadır.


Tələbə Gənclər Təşkilatının strategiyası aşağıdakılardan ibarətdir:

  • tələbə özünüidarəetməsində məşğulluğun gücləndirilməsi;
  • tələbələrin fərdi inkişafı üçün qeyri-formal təhsil metodların istifadə edilməsi;
  • tələbələrin asudə vaxtını səmərəli təşkil etmək üç maraq dairəsi üzrə klubların yaradıılması və dəstəklənməsi;
  • tələbələrin vətəndaşlıq mövqeyinin gücləndirilməsi və sosial məsuliyyətinin formalaşdırılması üçün müxtəlif
  • aksiyaların keçirilməsi
  • tələbələr və məzunlar üçün yeni perspektivlərin yaradılması məqsədilə əməkdaşlıq etdiyi təşkilat və qurumların sayının genişləndirilməsi.

TGT-yə üzv olan hər bir tələbə böyük bir ailənin üzvü olur. ADBTİA Tələbə Gənclər Təşkilatının üzvləri TGT-nin imkanlarından yararlanaraq özlərini departament rəhbəri, klub rəhbəri, dizayner, müəllim, fotoqraf və s. peşələrdə sınaya bilərlər. 
ADBTİA Tələbə Gənclər Təşkilatının mütəmadi şəkildə tələbələr arasında idman yarışları, intellektual oyun və debat turnirləri, ekskursiyalar və xeyriyyə aksiyaları, görkəmli idmançılarla görüş və s. tədbirlər həyata keçirir. 
 

TGT - Əsasnamə