Azerbaijan State Academy of Physical Education and Sport

İdmanda İngilis Dili

ADBTİA İxtisasartırma Proqramları ve Azerbaycan Respublikası Gencler ve İdman Nazirliyi ilk defe “İdmanda İngilis Dili” sertifikat proqramını teqdim edir.

 

Bu proqram idman fəaliyyətləri ilə məşğul olan, həmçinin peşəkar idmançıların ingilis dili biliklərini və bacarıqlarını inkişaf etdirmək məqsədilə, Başlanğıc səviyyədən Orta (Xüsusi Məqsədlər üçün İngilis dili) dil səviyyəsinə qədər davam edən intensiv İngilis dili proqramıdır.

Başlanğıc Səviyyə ingilis dilini yeni öyrənməyə başlayanlar üçün nəzərdə tutulur, təməl tələffüz, qrammatik quruluşlar, istifadə şəkilləri və təməl lüğəti əhatə edir. Bu səviyyənin sonunda tələbələr gündəlik həyatda istifadə olunan dili məhdud şəkildə başa düşəcəklər. İngilis dilində sadə cümlələr qura və sadə suallara cavab verə, özlərini təqdim edə və telefonla zəng edə biləcəklər.

Proqramı uğurla başa vuran tələbələr nailiyyət testi ilə qiymətləndirilərək ikinci səviyyəyə keçid alacaq və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və ADBTİA İxtisasartırma Proqramları tərəfindən təqdim olunan sertifikatla mükafatlandırılacaqlar.

Əlaqə

Tel: (012) 564 1840
E-mail: training.programs@sport.edu.az

Müddət

24 dərs - 48 saat

Təlimçilər

Aygün Dadaşova

Leyla Adıgözəlova

Keçirilmə yeri

ADBTİA

Müraciət et

(012) 564 1840