Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“TOPs proqrami - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması" layihəsi

6 dekabr 2016-cı il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında   Azərbaycan Respublikası Təhsil Nazirliyi, “British Council” və Bədən Tərbiyəsi və İdman Akademiyası arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, “British Council”un Azərbaycan üzrə rəhbəri xanım Elizabet Uayt, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri, digər rəsmilər və qonaqlar iştirak ediblər.

Tədbir 2015-2016-cı tədris ilini əhatə edən “TOPs proqrami - fiziki tərbiyə üzrə müasir  təhsil texnologiyalarinin yaradilmasi” layihəsinin qiymətləndirilməsi üzrə hesabata dair video təqdimat ilə başlayıb.

Sonra tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev layihənin Akademiya üçün faydasından və Akademiyanın layihənin icrasındakı əhəmiyyətli rolundan danışıb.   

Rəsmi çıxışlar zamanı təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, uğurlu fəaliyyət nəticəsində TOPs proqramı hər il əhatə dairəsini genişləndirir və 2016-2017-cı tədris ilində proqramın fəaliyyətlərindən 72 ümymtəhsil məktəbindən 320 nəfərdən artıq ibtidai sinif və fiziki tərbiyə müəllimləri faydalanacaq. Bu isə ümumilikdə 100,000 nəfərə yaxın şagirdin daha maraqlı və şən, həmçinin mütəhərrik oyunlarla zəngin fiziki tərbiyə və məktəbdənkənar fəaliyyətdən faydalanması deməkdir.   

“British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri xanım Elizabet Uayt təmsil etdiyi qurumun Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi layihələrdən və əməkdaşlıqdan danışıb. Xanım Uaytın sözlərinə görə bu layihələr içərisində 2014-cü ildən start verilmiş TOPs proqramının xüsusi yeri var. Beləki, şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin bədən təbiyəsi və idman vasitəsilə yüksəldilməsi proqramın əsas vəzifələrindəndir.

Təbdirin sonunda 2015-2016-cı tədris ilində “Ən yaxşı açıq dərs” və “Ən yaxşı idman festivalı” nominasiyası üzrə qalib gələn 4 məktəb və 6 müəallimə diplom və hədiyyələr təqdim olundu. 18 saylı Yasamal məktəbi “Ən yaxşı idman festivalı” müsabiqəsinin qalibi elan edildi. 23 və 19 saylı Nəsimi rayon məktəbləri “Ən yaxşı açıq dərs” müsabiqəsində müvafiq olaraq 1-ci və 2-ci yerə, 275 saylı Suraxanı rayon məktəbi isə 3-cü yerə layiq görüldü.

Xəbərlər