Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

20 il öncə Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi.

20 il öncə 31 iyul 1997-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Milli Olimpiya Komitəsinin növbəti Baş Məclisi komitəsinin yeni idarə heyəti müəyyənləşdirildi və cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Bu seçim Azərbaycan idmanı üçün dönüş nöqtəsi oldu və Azərbaycanın idman tarixində qələbə və zəfər dolu yeni səhifələr yazılmağa başladı.

   O dövrə ekskursiya etsək görərik ki, həmin dövr siyasi və iqtisadi hakimiyyət uğrunda qeyri-qanuni mübarizə aparan destruktiv qüvvələrin,  müxtəlif qeyri-qanuni silahlı qrupların, qoçu və reket dəstələrinin, asan yolla qazanc əldə etmək istəyən təsadüfi liderlərin təzəcə neytrallaşdırıldığı, xüsusən də xarici qüvvələrin ziddiyyətli maraqlarının toqquşduğu bir dövr idi. Yalnız Ümummilli Lider Heydər Əliyevin qayıdışı ilə ölkədə sabitlik bərqərar olur və daha yaxşı gələcəyə ümid yaranır. Heydər Əliyev Azərbaycanı xilas edir, müstəqil inkişaf edən dövlət qurur, onun təməl prinsiplərini müəyyən edir, enerji təhlükəsizliyi və regional təhlükəsizliklə bağlı çox iri layihələri həyata keçirir, demokratik quruculuq, ictimai - siyasi sabitlik, milli birliyə nail olur. Bu qarışıq və kəsməkeşli bir dövrdə MOK-a yalnız cənab İlham Əliyev kimi həm Vətənini, həm xalqını, həm də idmanı sevən lider rəhbərlik edə bilərdi – bu, labüd bir proses və qaçılmaz bir tarixi zərurət idi.   İnkişaf edən müstəqil Azərbaycanda idman sahəsində də “yeni nəfəs”, yeni uğurlar lazım idi. 31 iyul 1997-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında  Milli Olimpiya Komitəsinin növbəti Baş Məclisi komitəsinin yeni idarə heyəti müəyyənləşdirildi və cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. O vaxtdan başlayaraq idmanda yeni bir yüksəliş dövrü başladı.  

Bu gün, 20 il sonra, biz həmin qərarın düzgünlüyünü bir daha görürük. Azərbaycanda keçirilən I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, möhtəşəm idman qələbələrimiz, dünyaya təqdim olunan Azərbaycan standartları, Formula I Qran-Prisi və digər dünya və Avropa çempionatları, Şahmat Olimpiadası, Tur de Azərbaycan və s. idman tədbirləri ölkəmizin qüdrətini, tarixini, mədəniyyəti və icəsənətini, gözəlliyini bütün dünyaya təqdim edir. Bu, həmin tarixi seçimin düzgünlüyünün və əhəmiyyətinin əyani göstəricisidir. Axıradək səmimi olsaq, o seçim olmasaydı bu gunkü tarixi qələbələrimiz, bütün idman ictimaiyyətinin ölkəmizin inkişafı naminə səfərbər olması da mümkün olmazdı.

Bu prosesə cənab Prezident bütün varlığı ilə qoşuldu, ailəsi ilə birgə, ölkənin I vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın bütün idman tədbirlərinin təşkilat komitəsinə rəhbərlik edərək, yüksək təşkilatçılıq bacarığı nümayiş etdirməsi, dünyaya Azərbaycan Standartlarının təqdim etməsi dediklərimizin baris nümunəsidir.  Bu seçim nəinki Azərbaycanı idman ölkəsinə çevirdi, onun dünyada imicini qaldırdı, eyni zamanda bütün idman ailəsini cənab Prezidentin ətrafında birləşdirərək, dövlətimizə, xalqımıza xidmətə səfərbər etdi, onları yad cərəyanlardan, xəta-bəladan qorudu, həyatda öz layiqli yerlərini tutmağa kömək etdi. İdmana və idmançılara, idman ictimaiyyətinə olan dövlət diqqəti və qayğısı artıq bir norma, bir ənənəyə çevrilibdir.

Xəbərlər