Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Sınaq test imtahanları

30 may 2016-cı il tarixdən etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiaysında yaz sessiyası başlayacaqdır.

İmtahan sessiyasında biliyin qiymətləndirilməsinin şəffaflığını təmin etmək məqsədilə ilk dəfə olaraq imtahanlar onlayn test formatında keçiriləcəkdir. Bu məqsədlə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiaysında son İKT tələblərinə uyğun avadanlıq, proqram təminatı və yüksəksürətli internet xətti ilə təmin edilmiş xüsusi auditoriya yaradılmışdır. Eyni zamanda, bütün fənnlər üzrə sual bankı hazırlanmışdır.

Tələbələrin imtahana hazırlığını təmin etmək üçün hal-hazırda onlayn test formatında sınaq imtahanları keçirilir. Sınaq imtahanlarında bütün tələbələr iştirak edirlər.

Qeyd edək ki, sessiya zamanı imtahanların şəffaf və qərəzsiz keçilməsinə əmin olmaq üçün tələbələrin valideynləri də bütün imtahan prosesini müşahidə etmək imkanını əldə edəcəklər.

Xəbərlər