Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tanışlıq həftəsi (12,13 sentyabr)

08.09.2017-dən etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən "Akademiya ilə tanışlıq həftəsi" davam edir. 12.09.2017 və 13.09.2017-ci il tarixlərində gələcəyin məşqçiləri Akademiyanın qonaqları oldular.

Tanışlıq günü tələbələr Akademiya ilə yaxından tanış olub, tədris proqramı haqqında məlumat ala bildilər.

Ekskurs zamanı 1-ci kurs tələbələri "İdman jurnalistikası" otağında nəzərdə tutulmuş proqram haqqında məlumat aldılar.

İmtahan otağında tələbələrə tədris və imtahan prosesləri haqqında məlumat verildi və uşaqlar gələcək dekanları Firat Hüseynov və dekan müavini Arif İbrahimovla tanış oldular.

Xəbərlər