Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Akademiya ilə tanışlıq həftəsi 11.09.2017

08.09.2017-dən etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən "Akademiya ilə tanışlıq həftəsi" davam edir. 11.09.2017-ci il tarixində gələcəyin məşqçiləri Akademiyanın qonaqları oldular.

Tanışlıq günü tələbələr Akademiya ilə yaxından tanış olub, tədris proqramı haqqında məlumat ala bildilər.

Ekskurs zamanı 1-ci kurs tələbələri "İdman jurnalistikası" otağında nəzərdə tutulmuş proqram haqqında məlumat aldılar.

İmtahan otağında tələbələrə tədris və imtahan prosesləri haqqında məlumat verildi və uşaqlar gələcək dekanları Firat Hüseynov və dekan müavini Arif İbrahimovla tanış oldular. Sonra tələbələr "Gələcəyə məktub" lahiyəsi çərçivəsində gələcək özlərinə arzuları yazdılar. 4 ildən sonra bu məktublar onların özlərinə, artıq məzun statusunda olanda, diplom ilə birgə veriləcək.

Kitabxana zalında isə onlara elektron kitabxana haqqında məlumat verildi.

Ümid edirik, bu gün uşaqların yaddaşlarında xoş xatirələr ilə yadda qalacaq.

Xəbərlər