Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA və Azərbaycan Velosiped İdmanı Federasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanması.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yeni əməkdaşlıqların qurulması, tədrisin təkmilləşməsi, tələbələrin asudə vaxtının səmərəli təşkili üçün idman federasiyaları ilə əməkdaşlığa xüsusi önəm verir və münasibətlərin daha da inkişaf etdirilməsinə çalışır. Məhz bu əməkdaşlıqlar sahəsində hal-hazırda ölkədə professional idmanın real vəziyyəti, ehtiyacların müəyyən olunması və tələblərə cavab verən idman təhsilinin təşkili, həmçinin lazımi kadrların yetişdirilməsi mümkün ola bilər. Bu səbəbdən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Velosiped İdmanı Federasiyası ilə razılıq əldə edərək münasibətləri daha da möhkəmləndirməyə xidmət edən Əməkdaşlıq haqqında Memorandum imzalamaq qərarına gəlmişdir.

Memorandum sənədi bir sıra istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur və  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitze-prezidenti Sahib Ələkbərov arasında imzalanacaq.

Tərəflər memoranduma uyğun olaraq Akademiyada velosiped idman növünün təşviq edilməsi və tələbələrin bu idmana marağının artırılması üçün birgə tədbirlərin təşkili, həmçinin tələbələrin Federasiya tərəfindən texniki təlimlərə və ixtisasartırma kurslarına cəlb olunması sahəsində əməkdaşlıq edəcəklər. Bundan əlavə gələcəkdə bu idman növü üzrə müəyyən ödənişli əsaslarla mütəxəssislərin yetişdirilməsi, onların yerli və beynəlxalq yarışlarda iştirakına qarşılıqlı dəstək verilməsi istiqamətində razılıq əldə olunmuşdur. Eyni zamanda, bu sənədə əsasən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə yüksək ixtisaslı peşəkar kadr hazırlığını həyata keçirmək, Federasiyanın ehtiyaclarını müəyyən edərək müvafiq təlimləri təşkil etmək, birgə elmi-tədqiqat işlərini aparmaq nəzərdə tutulmuşdur.

Qeyd edək ki, memorandum imzalanması mərasimi 12 iyul, saat 11-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının konfrans otağında keçiriləcək.

Xəbərlər