Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da "aprel döyüşləri"nə həsr olunmuş atıcılıq yarışları keçirilib

Azərbaycan xalqının milli suverenliyi təmin edildiyi vaxtdan indiyədək keçdiyimiz ağrılı-acılı yolda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrinin vətənpərvərlik təşəbbüsünü təqdirəlayiq hesab etmək olar. Akademiyada təlim-tədris işləri ilə paralel şəkildə aparılan ictimai-faydalı işlər nəticə etibarilə tələbələrdə zəhmətsevərlik, vətənpərvərlik və həyatda öz yerini tutmaq kimi keyfiyyətlər tərbiyə edir. Bu məqsədlə cari ilin 4 aprel 2017-ci il tarixində Azərbaycan Dövlət Bəsdən Tərbiyəsi və İdman Akademiyasında "Aprel döyüşləri"nə həsr olunmuş atıcılıq yarışı keçirilib.

ATGTİ dəstəyi və ADBTİ TGT -nin təşkilatçılığı ilə tələbələr arasında keçirilən yarışda 16 universitetin komandası iştirak edib. Komandalar 4 nəfərdən ibarət olmaqla, nəticələr ümumi komandanın topladığı xalların cəmi əsasında hesablanmışdır. Atıcılığın güllə atıcılığı növü üzrə keçirilən yarışlarda qaliblər isə aşağıdakı kimi sıralanıb:

I yer – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
II yer - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
III yer - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Tədbirdə həmçinin bildirilib ki, ötən ilin aprel ayında baş verən və tariximizə "aprel döyüşləri" olaraq həkk olunan qan yaddaşımız Azərbaycan ordusunun qüdrətini, müasir silahlardan istifadə bacarığını ortaya qoydu. Ordumuz, ümumən xalqımız böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirdi. Ordumuz öz vəzifə borcunu həyata keçirməyə hər an hazır olduğunu ortaya qoydu. Azərbaycan xalqımızın bu mövqeyi dünya ictimaiyyətinə də aydın oldu. Aprel döyüşləri Ermənistanın güclü ordusu olması və Azərbaycanın zaman keçdikcə torpaqlarını itirməsi ilə razılaşacağı barədə mifi puça çıxardı.

Bundan əlavə, qeyd olunub ki, müharibə zamanı ön cəbhə ilə arxa cəbhənin vəhdəti, xalqın öz xilaskarına maddi və mənəvi yardımı böyük qələbənin qazanılmasında mühüm rol oynayır. Bu, akademiyanın professor-müəllim heyəti və tələbələrimizin əsas işlərindən birinə çevrilib.

Xəbərlər