Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da ümummilli lider, ulu öndər Heydər Əliyevin xatirəsi yad edilmişdir

12 dekabr 2016-cı il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılmışdır.

Tədbir çərçivəsində Akademiyanın tələbə, müəllim və professor heyəti dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədləri filmləri izləyib ulu öndərin əziz xatirəsini yad etdilər.

Eyni zamanda, Akademiyanın rektoru Fuad Hacıyev və Akademiyanın məzunları 2-qat Paralimpiya çempionu İlham Zəkiyev və Olimpiya mükafatçısı Rüstəm Orucovun iştirakı ilə geniş tərkibdə dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masanın açılış nitqini söyləyən rektor Fuad Hacıyev qeyd etdi ki, “ümummilli lider Heydər Əliyev kimi dahilər haqqında fikir söyləmək çox şərəfli və çox çətindir, çünki onların yanında bizlər çox acizik”. Fuad Hacıyevin sözlərinə görə, “hələ 1981-ci ildə “Литературная газета”-da Heydər Əliyev ilə “Qoy ədalət zəfər çalsın..” adlı müsahibə dərc edilmiş və o müsahibə çox böyük səs-sədaya səbəb olmuşdur. Hamı Heydər Əliyevi SSRİ-nin növbəti rəhbəri, növbəti lideri kimi görürdü”.

Tədbirdə iştirak edən idmançılar bu gün Prezident İlham Əliyev tərəfdən uğurla davam etdirilən idman siyasətinin əsasının da məhz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğuladılar.

Tədbir zamanı xüsusi olaraq qeyd edildi ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişmişdir. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrilmiş, bu sahədə yüksəlişin əsası qoyulmuşdur. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət almışdır. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, idmançılara qayğı və diqqətin göstərilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman kompleks və mərkəzlərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirilmişdir.

Xəbərlər