Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“FİTNƏ” sənədli filminin təqdimatı

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” adlı sənədli film hazırlamışdır. Filmdə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanmışdır.

Aktuallığı nəzərə alınaraq, “Fitnə” filminə müxtəlif qurumlarda, xüsusilə ali təhsil ocaqlarında kütləvi baxışlar keçirilib. Bu istiqamətdə növbəti tədbir cari ilin dekabr ayının 9-da  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbər və məsul şəxsləri, eləcə də akademiyanın pedoqoji kollektivi və tələbələr iştirak etmişdirlər.
 

Xəbərlər