Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“Mübarizlər” yarışı!

Özünüzə güvənirsinizsə, əsl ekstrim yaşamaq istəyirsinizsə onda sizə yaxşı xəbərimiz var!

23 sentyabr Bakıda  ilk dəfə keçiriləcək “Mübarizlər” layihəsinə 20 nəfərdən ibarət komanda ilə qoşul və öz gücünü hiss et. 5 km-dən ibarət olan maneəli qaçış trası, adi tras deyil. Bu adrenalin, iradə, sürət, cəsarət, inanılmaz hisslər və qələbədir.

Yarışa qatılmaq üçün:

-Komandanı yarat - lider ol (20 nəfər)

-Komandaya ad fikirləş və qeydiyyatdan keç

-Yay ərzində pulsuz məşqlər et və yarışa hazır ol

-Yarışdan bir həftə öncə təlimdən yararlan

Yarışda iştirak edən komandalar, evvəlcədən müəyyən edilmiş məntəqələrdən yarış yerinə xüsusi avtobuslar ilə gələ biləcəklər. Gün ərzində təşkilatçılar tərəfində yemək və su ilə təmin olunacaqlar.

Sonda hər bir iştirakçıya sertifikat veriləcək

Yarışda iştirak ödənişlidir, tələbələr üçün –hər iştirakçı 20 azn təşkil edir.

Qeydiyyat üçün : +994 50 209 2993

Yaşından və peşəsindən asılı olmayaraq burada hər kəs qalib ola bilər! Mübariz ol, qəhrəman ol!

 

Xəbərlər