Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Mətanət Həsənova Konfransda əldə olunan təcrübə tələbələrlə bölüşülüb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında  "İdmanda travma və xəstəliklərin profilaktikası” mövzusuna həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən ADBTİA-nın tibb məntəqəsinin müdiri Mətanət Həsənova bu ilin mart ayının 16-18-də Monakoda təşkil olunan konfransda əldə etdiyi bilik və təcrübələrini tələbələrlə bölüşüb.O, tibb məntəqəsinin işlərindən birinin profiliktika olduğunu vurğulayıb: "Profilaktika idmançılarda travmaların və müxtəlif xəstəliklərin yaranmaması üçün müəyyən işlərin aparılmasıdır. Bu ilin mart ayında Monakoda bu mövzu üzrə tədbir keçirildi və konfrans beşinci dəfə təşkil olunurdu. Tədbirdə 96 ölkənin nümayəndəsi iştirak edirdi. Qeyd edim ki, belə bir tədbir ilk dəfə 2005-ci ildə Norveçdə keçirilib”.Azərbaycanın ilk dəfə iştirak etdiyi konfransa təqdim olunan mövzular barəsində danışan Mətanət Həsənova bəziləri haqda tələbələrə ətraflı məlumat verib. "Konfransın sərgi zonasında yeni avadanlıqlar, elmi posterlər və tədris vəsaitləri nümayiş olundu. Tədbir zamanı digər ölkələrin nümayəndələri ilə fikir mübadiləsi aparıldı. Konfransda, əsasən, susuzluğun orqanizmə təsiri, ağız boşluğunda müəyyən stomotoloji problemlərin orqanizmə birbaşa təsiri, isinmə-dartınma hərəkətləri, əzələ dartılmaları, dizdə ACL zədəsi və bimexanika əsasları mövzusunda çıxışlar oldu. Yarışdan əvvəl isinmə hərəkətləri travma riskini 50 faiz azaldır. Suzuslaşma problemi isə əzələdə qıcolma və düşünmə dəyişiklikləri kimi problemlərin yaranmasına səbəb olur. Ağız boşluğunda stomotoloji problemlər orqanizmə birbaşa təsir edir. Bu sonradan idmançılarda müxtəlif fəsadların yaranması ilə nəticələnir. Futbolla məşğul olan idmançıların əksəriyyəti dizdə yaranan müxtəlif zədələrdən əziyyət çəkirlər. Yüksəklikdən tullanmaq və dizdə daxilə dönmə halları bu zədənin yaranmasına səbəb olur. İdmançılara tövsiyə edirəm ki, gələcəkdə bu məqamlara diqqət etməyiniz sağlamlığınızın qorunmasına faydalıdır. Qeyd edim ki, növbəti konfrans 2020-ci ildə Monakoda təşkil olunacaq. Konfransda tələbələr də iştirak edə biləcəklər”, - deyə tibb məntəqəsinin müdiri əlavə edib.Monakoda təşkil olunan 3 günlük konfransda 96 ölkədən 122 məruzəçi çıxış edib. Dünyanın tanınmış universitet və elmi-tədqiqat mərkəzlərinin müəllim-professor heyəti və aspirantlarının iştirak etdiyi tədbirdə 82 elmi-araşdırma və 33 simpozium təqdim olunub. 318 mövzu ilə bağlı müzakirələr aparılıb. Konfrans başa çatdıqdan sonra iştirakçılara sertifikatlar verilib.

Xəbərlər