Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“İdman tibbi və reabilitasiya” ixtisasına qəbul olmaq istəyən həkim və həkim-rezidentlərin nəzərinə!

ADBTİA-nın magistraturasının tədrisi ingilis dilində olan “İdman tibbi və reabilitasiya” ixtisasına qəbul olmaq istəyən həkim və həkim-rezidentlərin nəzərinə!

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan “İdman tibbi və reabilitasiya” ixtisasına qəbul olmaq istəyən həkimlərə və həkim-rezidentlərə, imtahanın I mərhələsində nəticələri Dövlət İmtaham Mərkəzi tərəfindən müəyyən olunan müsabiqə şərtlərini, həmçinin IELTS və ya TOEFL imtahanı üzrə tələbləri (minimum İELTS – 6.0 bal, TOEFL - IBT 47 bal) ödəyənlərın qeydiyyat müddəti mayın 23, saat 18:00-dək aparılır.  Müsahibə mərhələsində iştirak etmək üçün  ADBTİA-nın veb səhifəsində (www.sport.edu.az) qeydiyyatdan keçmək mütləqdir.

Müsahibə “İdman tibbi və reabilitasiya” ixtisası üzrə 26 may 2017-ci il saat 14:30-dan 18:00-dək; 27 may 2017-ci il  saat 11:00-dan 18:00-dək Bakı şəhəri F.X.Xoyski prospekti, 98 ünvanında yerləşən ADBTİA-nın binasında keçiriləcəkdir.

Qeydiyyat üçün ətraflı məlumat: http://tqdk.gov.az/news/master/2927/

Əlavə məlumat üçün: chingiz.aliyev@sport.edu.az

            (+994 12) 564 11 17

Xəbərlər