Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Kristofer Bruerin səfəri

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə 2-5 iyun 2016-cı il tarixlərdə Köln Alman İdman Universtitetinin (KAİU) vitse-presidenti, İdman İqtisadiyyatı və İdman Menecmenti İnstitutunun direktoru Prof. Dr. Kristof Bruerin Azərbaycana səfəri təşkil edilmişdir.

Səfərin əsas məqsədi idman təhsilində yeni ixtisasları yaratmaq və onların proqramlarını hazırlamaq, Akademiyanın strukturunun optimallaşdırılması ilə bağlı məsləhətləşmələr aparmaq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Köln Alman İdman Universiteti arasında əməkdaşlıq qurmaq, o cümlədən KAİU-nun müəllim-professor heyətinin Akademiyadakı tədris prosesinə cəlb etmək və elmi-tədris laboratoriyalarını yaratmaq perspektivlərini müzakirə etməkdir. 

2 iyun 2016-cı il tarixdə Prof. Dr. Kristof Bruerin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru və akademik heyəti ilə görüşləri keçirilmişdir. Eyni zamanda, səfər zamanı Dr. Kristof Bruerin Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi, Azərbaycan Gimnastika Federasiyası, Bakı Su İdman Sarayı, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunda görüşləri keçirilmiş və ölkənin yeni idman infrastrukturu ilə tanış olmuşdur.

Qeyd edək ki, Avropanın ən böyük idman universiteti olan Köln Alman İdman Universtitetinin əsası 1947-ci ildə qoyulub. 21 insititut və 9 tədqiqat mərkəzini özündə birləşdirən universitet dünyada yüksək keyfiyyətli təhsil və beynəlxalq idman tədqiqatında nailiyyətləri ilə tanınır. Universitet ən böyük idman kitabxanasına malikdir. Burada dünyanın 72  ölkəsindən 6000 tələbə təhsil alır.

Xəbərlər